Milli Məclisdə icbari tibbi sığortaya dair dinləmə keçiriləcək
Tarix: 20.03.2020 | Saat: 11:26:00 | E-mail | Çapa göndər


Milli Məclisin Səhiyyə komitəsi yaz sessiyasında icbari tibbi sığortaya dair dinləmə təşkil edəcək.
Bunu APA-ya müsahibəsində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
R. Mahmudov deyib ki, Azərbaycanda icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi ilə bağlı qanunverici orqanın görəcəyi işlər çoxdur və bu istiqamətdə müzakirələrə ehtiyac var: “Bununla əlaqədar yeni dinləmələrin, məsləhətləşmələrin, diskussiyaların keçirilməsini planlaşdırırıq. Aidiyyəti orqanlarla rayonlarda, eyni zamanda mərkəzdə ortaya çıxan problemlərin həlli istiqamətində qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə çalışırıq. 2020-ci ilin sonuna qədər səhiyyə komitəsinin üzərinə çox böyük məsuliyyət düşür. İnanıram ki, məsuliyyətin öhdəsindən yeni formalaşmış və güclənmiş Milli Məclis və Səhiyyə komitəsi olaraq layiqincə gələcəyik”.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31.03.2020
Əziz Əlibəyli: “Qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirləri görülməlidir”
31.03.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31.03.2020
Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək
31.03.2020
Türk Şurasının baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info