Rusiya azərbaycanlıları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər
Tarix: 01.10.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Moskva İttifaqlar Evinin Sütunlu zalında mədəni kütləvi tədbir təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərində namizədliyinə dəstək məqsədilə keçirilən tədbirdə Moskva və Moskva vilayətindən 1000-dən çox soydaşımız iştirak edib. İştirakçılar arasında Rusiya vətəndaşı olan akademiklərimiz Əhməd İskəndərov və Məmməd Əliyev də olub.
Konqresin prezidenti, akademik Məmməd Əliyev çıxışında qeyd edib ki, ölkəmizin ən tarixi və məsuliyyətli gününə diaspor artıq yekdil seçimlə gedir: "İlham Əliyev - ona alternativ yoxdur". M.Əliyev deyib ki, Azərbaycan və Azərbaycan xalqı vacib siyasi hadisə astanasındadır: "Qarşıda prezident seçkiləridir. Biz Rusiya azərbaycanlıları artıq Azərbaycanın və Rusiyanın xarici siyasi kursu ilə bağlı öz fikrimizi formalaşdıra bilmişik və biz Rusiya və Azərbaycanın taleyində baş verən hadisələrdən kənarda qala bilmərik. Bununla yanaşı, deməliyəm ki, Azərbaycan və Rusiyanı qədim əlaqələr birləşdirir". O, əlavə edib ki, Rusiyada yaşayan azərbaycanlılar artıq öz seçimlərini ediblər: "Mən bir azərbaycanlı kimi Vətənimdə gördüyüm inkişafla qürur duyuram. Azərbaycanın keçdiyi proseslər bir çox keçmiş Sovet İttifaqı dövlətlərində hələ indi başlayır. Azərbaycan iqtisadi və siyasi baxımdan müstəqil dövlət kimi formalaşıb. Digər postsovet dövlətlərilə müqayisədə bizim tarixi vətənimiz inkişaf baxımından öndədir. Bununla fəxr edir və Vətənimə qonaq dəvət edəndə Bakının gözəlliyi ilə qürur duyuram. Vladimir Putin Bakıya səfəri zamanı Azərbaycan haqqında danışanda qürur hissi keçirdim. Ümumiyyətlə, Vladimir Putinin seçki öncəsi Bakıya səfəri Rusiyanın prioritetini və gələcək strateji əməkdaşlığını təsdiqləyir". M.Əliyevin fikrincə, Azərbaycanın tutduğu siyasi kursun dəyişilməsinə ehtiyac yoxdur: "Azərbaycan xalqı dərrakəli, müdrik xalqdır və necə deyərlər, bu sayda uğuru, inkişafı yaxşı başa düşür. İnanıram ki, Azərbaycan xalqı düzgün seçim edərək və öz liderini seçəcək. Düşünürəm ki, bu, İlham Əliyev olacaq". Daha sonra çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, Moskva Vəkillər Kollegiyasının üzvü İlqar Hacıyev Konqres olaraq Rusiyanın bir çox regionlarında iclaslar təşkil edildiyini diqqətə çatdırıb: "Diasporumuzu dinlədik. İnsanlar yekdil fikirdədir ki, İlham Əliyevin namizədliyini dəstəkləsinlər. Ölkəmizin inkişafı, nəqliyyat kommunikasiyaları, qlobal layihələrdə iştirak sübut edir ki, biz dövlət olaraq irəli gedirik. Cənab İlham Əliyev bizim müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Xüsusi olaraq Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərini qeyd etmək istərdim. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin göstəricisidir ki, biz bundan mənəvi qidalanırıq".
Qeyd edək ki, Moskva diasporumuzun öz seçimində İlham Əliyevi dəstəklədiyi 4-cü Rusiya şəhəridir. Buna qədər Ulyanovsk, Tomsk və Pyatiqorsk şəhərlərindəki diaspor fəallarımız kütləvi tədbirlər keçirməklə yerlərdə yaşayan Azərbaycan vətəndaşlarının mövqeyini açıqlayıblar. ÜAK nümayəndə heyəti İvanovo şəhərində də bir sira görüşlər keçirib. İvanovo şəhərinin Millətlər Evində Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın Mərkəzi Federal Dairəsi üzrə nümayəndəliklərinin toplantısı keçirilib. ÜAK-ın Moskvadan gəlmiş nümayəndə heyəti, İvanovo vilayətinin əksər rayonlarının diaspor fəalları, adıçəkilən təşkilatın Kostroma, Smolensk, Vladimirdəki nümayəndəliklərinin rəhbərləri və aktivləri toplantının əsas kontingentini təşkil edib. Tədbiri giriş sözü ilə açan nümayəndə heyətinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev regiona olan səfərin baş məqsədi kimi qarşıdakı prezident seçkilərinin olduğunu vurğulayıb. ÜAK təmsilçisinin fikrincə, diaspor üzvləri vətəndaşlığından asılı olmayaraq, qarşıdakı məsuliyyətli siyasi hadisədə yaxından iştirak etməlidir. Çünki bu gün Azərbaycan diasporunun Rusiyada fəaliyyət göstərməsi, milli özünəməxsusluğunu qoruyub saxlaması və inkişaf etdirməsi üçün tam şərait var ki, bu da ilk növbədə Rusiya və Azərbaycan prezidentlərinin düzgün milli siyasəti nəticəsində mümkün olub. Konqresin İvanovo vilayəti üzrə regional bölməsinin rəhbəri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədov öz nitqində qeyd edib ki, ÜAK-ın Rusiyanın Mərkəz Federal Dairəsi üzrə regional bölmələri qarşıdakı prezident seçkiləri ilə əlaqədar yekdil fikir formalaşdırıb. Diaspor fəalının fikrincə, regiondakı soydaşlarımız Azərbaycanın Prezidenti kürsüsünə İlham Əliyevi layiq bilir və onunla müqayisə ediləcək alternativ namizəd görmür. Bu fikri tədbirə digər regionlardan qatılmış diaspor rəhbərləri də təsdiqləyiblər. İvanovo vilayətinə səfərin yekun tədbiri kimi nümayəndə heyəti İvanovo Dövlət Filarmoniyasında möhtəşəm konsert təşkil edib. Tədbirə İvanovo şəhərinin meri Vyaçeslov Sverçkov, İvanovo Şəhər Dumasının deputatları, şəhərin və vilayətin müxtəlif instansiyalarının rəhbərləri də qatılıblar. Tədbiri giriş sözü ilə açan İvanovo şəhərinin meri V.Sverçkov qeyd edib ki, Azərbaycan diasporunun Azərbaycan Prezidentinin daxili və xarici siyasəti ilə həmrəy olmasının çox vacib əsasları var: "3 ildir ki, ardıcıl olaraq mən öz ezamiyyətimi Azərbaycanda keçirirəm və ildən-ilə Azərbaycanın çiçəkləndiyini, dəyişdiyini, qüdrətləndiyini öz gözlərimlə görürəm. Deməliyəm ki, təkcə Azərbaycanın paytaxtı Bakı şəhəri deyil, Şəki, Gəncə, Naftalan kimi şəhər və regionlarda da əsaslı inkişafın olduğunu görürəm. Azərbaycanın və Rusiyanın inkişafı bizim dostluq münasibətlərimizin inkişaf etməsinə yalnız müsbət təsir edə bilər".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info