Professor İbrahim Saracoğludan koronavirus məsləhətləri
Tarix: 20.03.2020 | Saat: 12:15:00 | E-mail | Çapa göndər



Türkiyənin məşhur professor və bitki müalicəsi üzrə mütəxəssisi İbrahim Saracoğlu koronavirusla mübarizədə birinci mübarizə yolunun immunitetin möhkəmləndirilməsindən başlanmalı olduğunu bildirib.


Medicina.az xəbər verir ki, Saracoğlu insanlara marketlərə, bazarlara kütləvi axın edib, növbələrdə sıxlıq yaradıb digər insanlarla təmas etməməyi, bunun üçün Çin və Yaponiyadakı 1 metr məsafəli növbə mədəniyyətindən nümunə götürmələrini məsləhət görüb.

Professorun məhz koronavirusla mübarizə üçün xüsusi məsləhət və reseptlərini təqdim edirik:

İmmuniteti möhkəmləndirmək üçün C vitamini ilə zəngin sitrus meyvələri, xüsusən limon, portağal, kivi yeyin.


• “ Evinizdə lavanda efir yağını 1 stəkan qaynar suyun içinə 5-6 damcı damızdırıb, uçucu yağlar havaya qarışdırıb havadakı mikrobları məhv edəcək. Onu sprey qabına doldurub, sıçradın. Qaynar suya damcıladın onun isti buxarında nəfəs alın, sanki inhalyasiya edirmiş kimi. Qoxladığınız hər şey ağciyərlərə gedir. Koronavirusun ən sevimli yeri ağciyərlərdir.

• Kəklikotu çayı gündə 2-3 dəfə içmək olar. Uşaqlara bu çaydan az miqdar verməlisiz.

• Koronavirusa qarşı ən yaxşı təsirli bal narıncı tünd rəngdsə olan baldır, məsələn, şabalıd balı. 20 qram balın içinə 1 çay qaşığı təmiz alma sirkəsini əlavə edib qarışdırıb, bir neçə udum su ilə içməklə qəbul edin

• İspanaq və vəzəri təzə halda çeynəyin yeyin. Onu yeyən kimi, boğazda bir öskürək əmələ gəlir, çünki tərkibindəki yandırıcı maddələr işə düşür. Ciyərləri təmizləyir.

• Arı məhsullarından propolis – arının immunitet sistemini möhkəmləndirir. 6 yaşdan sonra istənilən insan qəbul edə bilər. Amma doğru, düzgün propolisi tapmaq lazımdır.

Yarım fincan suya 8 damcı propolis damcıladıb qəbul edin.

• Boğazı qarqara etmək üçün şalfey- sürvə bitkisinin dəmləməsini qarqara edin. Hər gün 3 dəfə. Boğazdakı virus və bakteriyaları yox edir.




 
Bölməyə aid digər xəbərlər
09.04.2020
107 yaşlı qadın koronavirusdan sağaldı
09.04.2020
Ən çox mənfi obraz canlandıran aktyorların adı açıqlanıb
09.04.2020
Ukraynada karantin dövründə evlənən cütlüklərin sayı artıb
08.04.2020
Niyə koronavirusdan ölənlərin çoxu kişilərdir?
08.04.2020
Koronavirusu 48 saat içində məhv edən dərman tapıldı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11499

1 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
2 Azərbaycana gələn əcnəbilərin sayı artıb
3 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
4 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
5 GMO-nun zərərləri


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info