MDB-nin media şəbəkəsi gələn il Bakıda toplaşacaq
Tarix: 01.10.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək.
Bu barədə qərar qurumun Ukraynanın Odessa şəhərində keçirilən illik toplantısında qəbul edilib. Qərara əsasən şəbəkəyə sədrlik ölkəmizə keçib. Qurumda təmsil olunan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində şəbəkəyə sədrlik edəcək. Qeyd edək ki, Odessada baş tutan illik toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məruzə edib. Toplantıda həmçinin özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılıb. Bakı toplantısının gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrdə bildirilib ki, internet media resurslarının sürətlə artdığı bir şəraitdə onların ictimai tənzimlənməsi zamanı fərqli metodlardan istifadə zəruridir. Sahəni daha dərindən tədqiq etməyə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac var. Buna görə də Bakı toplantısında şəbəkəyə üzv hər bir qurumun məsələ ilə əlaqədar ayrıca proqram hazırlaması zəruridir.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
Nərazət-buraxılış məntəqəsinə hücum olunub, ölənlər var
16.12.2019
Həftənin ilk iş günü hava necə olacaq?
15.12.2019
Türkiyə ABŞ üçün İncirlik aviabazasını bağlaya bilər
15.12.2019
“Milli Şura“ mühacir alverində adı hallanan dərnəkdir, siyasi təşkilat deyil
15.12.2019
Leyla Əliyeva növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konsertində iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info