Cəlilabadda psixotrop tərkibli dərmanlar satan aptek müdiri saxlanılıb
Tarix: 20.03.2020 | Saat: 14:58:00 | E-mail | Çapa göndər



Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat növbəti əməliyyat tədbiri həyata keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiedici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxslərin tramadol hədbərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tuutularaq istintaqa cəlb edilib. Onun üzərində və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb. Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd “Tramadol 200” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Bakıda avtomobil marketə çırpılıb, üç tibb işçisi ölüb
29.11.2020
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı
28.11.2020
Tanınmış vəkil koronavirusdan öldü
28.11.2020
Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılaraq ölüb
27.11.2020
Bakıda köşkdə yanğın olub, bir nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info