Koronovirusla Mübarizəyə Dəstək Fonduna sahibkar dəstəyi
Tarix: 20.03.2020 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Koronovirusa qarşı mübarizədə və onun qarşısını almaq istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edilmişdir və bununla bağlı çoxsaylı işlər həyata keçirilməkdədir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılıb.

“Mətanət A” şirkətindən APA-ya verilən məlumata görə, koronovirusla mübarizə ümummilli məsələdir.

Ümummilli məsələni də dövlətimizə dəstək göstərməklə birlikdə həll etməliyik. Bunun üçün dövlətimiz əlindən gələni edir və operativ həyata keçirilən tədbirlər göz qabağindadir. Biz sahibkarlar da əlimizdən gələni etməliyik. Bunu nəzərə alaraq Dövlət başçısının fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti olaraq ilkin mərhələdə 50000 (əlli min) manat vəsait ayrıldı. “Mətanət A” şirkəti bütün sahibkarları və eləcə də tikinti və tikinti materiallarının istehsalçılarını Koronovirusla Mübarizəyə Dəstək Fonduna ciddi şəkildə və operativ olaraq dəstək göstərməyə çağırır. Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronovirusu pandemiya elan edib. Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərini əməl etməklə və dövlətimizə dəstək göstərməklə birlikdə bu ümummili bəlaya qalib gələcəyik!.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Ailə NET istifadəçiləri üçün “Palitranews.az”-a giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq
06.04.2020
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06.04.2020
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb
06.04.2020
Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək
06.04.2020
Prezidentin əfv sərəncamı ilə azadlığa qovuşanların siyahısı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info