“Loqos“un rəhbəri Prezidentin çağırışına qoşuldu
Tarix: 20.03.2020 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılması haqqında fərman imzaladı və ilkin olaraq Azərbaycan Prezidentinin ehtiyyat fondundan 20 milyon manat vəsait ayırdı.
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Təranə Məmmədova fonda dəstək olacaqlarını bildirib. Bununla bağlı verdiyi açıqlamada o deyib :
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri olaraq bildirmək istəyirəm ki, hörmətli Prezidentimizin bu fərmanı böyük tarixi əhəmiyyət kəsb edir və onun Azərbaycan vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Prezident İlham Əliyevin bu addımını təqdirə layiq hesab edir və dövlətimizin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirləri yüksək qiymətləndirirəm. Böyük məmnuniyyət hissi ilə cənab Prezidentin bu çağırışına qoşuluruq. Mən bunu özümə bir vətəndaşlıq borcu hesab edirəm. Fondun bank hesabı açıldığı zaman həmin hesaba müəyyən miqdarda vəsait köçürəcəyimi bildirirəm. Bununla yanaşı bu mübarizədə fonda dəstək və yardım etmək üçün bütün dostlarımı və həmkarlarımı milli həmrəyliyə və bu virusa qarşı birgə mübarizədə birlik olmağa səsləyirəm.
Əminəm ki, dövlətimizin koronavirusla mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlər bu virusun ölkəmizdə geniş yayılmasının qarşısını alacaq və Azərbaycan dünyaya yenidən günəş kimi doğacaq!“
Tural




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib
30.03.2020
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
30.03.2020
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
30.03.2020
Tibbi maskalar barədə ümumi maarifləndirici məlumat
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info