Səbaildə ahıllar dövlət qayğısı ilə əhatə olunub
Tarix: 02.10.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


1 Oktyabr Beynəlxalq Ahıllar Günü Səbail rayonunda ənənəvi olaraq geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyəti, Veteran Təşkilatları və Ağsaqqallar Şuraları, Qızıl Aypara Cəmiyyəti rayon şöbəsi, rayon Sosial Müdafiə Mərkəzinin və bir sıra ictimai təşkilatların rayon şöbələrinin nümayəndələrinin iştirakı ilə Ahıllar gününün keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb.
Əlamətdar günlə əlaqədar rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu üçün Rayon İcra Hakimiyyəti tərəfindən bayram süfrəsi açılıb. Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirib. Qeyd olunub ki, Prezidentin uğurlu siyasəti nəticəsində əldə olunmuş iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan verib ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məbləği dəfələrlə qaldırılsın. Bu il də ölkədə pensiya müavinətlər 10 % artıb. Qarşıdakı illərdə də pensiya və müavinətlərin artırılması nəzərdə tutulub. Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6073 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə 2485 nəfər sosial müavinət, 422 ailə (1682 ailə üzvü) ünvanlı sosial yardım alır. Hər bir ailə üzvünə 27,0 manat olmaqla, orta hesabla hər bir ailəyə 119,0 manat sosial yardım təyin olunub. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 371 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir, onların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılıb, Bibiheybətdə yeni poçt məntəqəsi yaradılıb. A.Əsgərov rayonda aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib. Tədbirdə çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışıb və bu işlərə görə ölkə başçısına öz minnətdarlıqlarını çatdırıb, qarşıdan gələn prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Görüşdə iştirak edən ahıllara RİH tərəfindən ərzaq bağlamaları təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info