Yaponlar bunu da ixtira etdilər
Tarix: 02.10.2013 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Yaponiyanın “NTT DoCoMo” şirkəti “CEATEC 2013” sərgisində mətni real vaxt rejimində tanıyan və tərcümə edən “ağıllı” eynək prototipini təqdim edib. Qurğu hələlik 4 dili - ingilis, yapon, Çin və Koreya dillərini bilir.
Məlumata görə, qurğu tanış olmayan dillərin menyusu və ya lövhələrin tərcüməsi üçün faydalı olacaq. Eynək prototipi simvolların tanınması və tərcüməsi prosesinin öhdəsindən 5 saniyəyə gəlir.
Bundan başqa eynək, demək olar, istənilən düz səthi sensor displeyə çevirə bilir. Məsələn, eynək virtual ekran toxunuşunu adi kağıza ötürməyi bacarır. Qurğu ilə əlaqə barmağa keçirilən xüsusi üzük vasitəsilə həyata keçirilir.
Həmçinin qurğu əhatə dairəsində olan insanların üzlərini tanıyaraq informasiyanı uzaq məsafələrdə yerləşən serverlərdən yükləyir.
Bununla belə, “NTT DoCoMo” şirkəti tərəfindən nümayiş olunan eynək prototipi yalnız sərgi nümunəsidir. Qurğunun kütləvi istehsala daxil olması və qiyməti haqqında məlumat verilmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Hindistanda havanın çirklənməsinə səbəb olan 22 fermer saxlandı
21.11.2019
Gec qocalmaq istəyirsizsə, yerişinizi dəyişin...
21.11.2019
Afina sürücülər üçün dünyanın ən arzuolunmaz şəhərlərindəndir
20.11.2019
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsi
20.11.2019
Motsartın erkən əlyazması hərracda satıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info