PAŞA Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürüb
Tarix: 21.03.2020 | Saat: 15:07:00 | E-mail | Çapa göndər



Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank dünyada tüğyan edən "COVİD-19" pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.


Bankdan Trend-ə verilən məlumata görə, fəaliyyətində ali dəyərləri və korporativ sosial məsuliyyəti rəhbər tutan bir qurum olaraq PAŞA Bank Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat ianə edib.

Bank, mövcud şəraitdə ölkənin iqtisadi zərərlə üzləşə biləcək biznes mühitinə öz töhfəsini verir.

Hazırki vəziyyətlə bağlı Bankın atdığı addımlar bununla bitmir. Belə ki, bəzi müştərilərinin üzləşdiyi müvəqqəti çətinlikləri nəzərə alan PAŞA Bank Çin Xalq Respublikası ilə ticarət əlaqələri olan KOS-lara bu istiqamətdə həyata keçirdikləri pul köçürmələrinə tətbiq olunan komissiyanı 0.2%-dək endirib.

Həmçinin PAŞA Bank müştərilərinin bizneslərinin inkişafının davamlılığını təmin etmək məqsədilə geniş çeşiddə onlayn məhsullar və xidmətlər təklif edir. Bankın müştəriləri kredit ödənişləri də daxil olmaqla bütün ödənişləri onlayn şəkildə həyata keçirə bilir. Eləcə də, müştərilərə onlayn şəkildə Bankın əməkhaqqı layihəsinə qoşulmaq, POS Terminal və ya Smart Kassa sifariş etmək imkanı da verilir. Bu məhsulların istənilən məkana çatdırılması Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun şəkildə həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir“
07.04.2020
Birdəfəlik ödəmələr kimlərə ayrılacaq? - Nazirlik açıqladı
06.04.2020
Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri və tətillər veriləcək
06.04.2020
Prezident: “Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək“
06.04.2020
“Bizim Tarla” yaşlı ehtiyac sahiblərinə sovqat payladı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info