PAŞA Sığortadan tam təmənnasız Telesəhiyyə Xidməti!
Tarix: 21.03.2020 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


PAŞA Sığortadan könüllü tibbi sığortası olan hər kəs ödənişsiz olaraq Telesəhiyyə xidmətindən yararlana biləcək.

Daim müştərilərin qeydinə qalan PAŞA Sığorta şirkəti beynəlxalq və yerli səhiyyə qurumlarının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının (COVİD-19) yayılma riskinin qarşısının alınması məqsədilə tibb müəssisələrinə planlı müraciətləri (təxirəsalınmaz hallar istisna olmaqla) müvəqqəti olaraq minimallaşdırmağı və fərqli vaxta keçirməyi tövsiyə edir.
Cari vəziyyətdə ehtiyac olan tibbi dəstəyin təmin edilməsi üçün şirkət “Könüllü Tibbi Sığorta” proqramı təklif etdiyi bütün korporativ müştərilərinə tam təmənnasız “Telesəhiyyə xidməti” təklif edir. Bu xidmət vasitəsilə PAŞA Sığortadan Könüllü Tibbi Sığortası olan hər kəs 31 May tarixinə qədər saat 08:00-dan 22:00-dək (bazar günləri istisna olmaqla) və bayram günləri saat 10:00-dan 16:00-dək (+994 12) 404 98 50 telefon nömrəsi ilə əlaqə saxlayıb sağlamlıqları ilə əlaqədar yaranan müxtəlif sorğularla bağlı peşəkar ailə həkimi və həkim-pediatr məsləhətindən yararlana biləcək.
Xidmət PAŞA Sığortanın tərəfdaşı olan “Sphera health care AZ” şirkəti tərəfindən təmin edilir.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
29.03.2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29.03.2020
Azərbaycan hökuməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


30.03 00:22 ÜST: Dünyada 634 mindən çox insan koronavirusa yoluxub 29 mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada 634 835 nəfər yeni növ koronavirusa yoluxub, 29 957 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb. Açıqlanan statistikaya əsasən, son gün ərzində 63 mindən çox insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3464 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 361 031 yoluxma və 21 493 ölüm. Sutka ərzində burada yoluxanların sayı 36 688, ölənlərin sayı isə 2753 nəfər artıb. Şimali və Cənubi Amerikada ümumilikdə 120 798 nəfər koronavirusa yoluxub, 1973 nəfər ölüb. Yoluxma görə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. Martın 29-na olan məlumata görə, burada 102 803 yoluxma, 3626 ölüm faktı qeydə alınıb. ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 103 321 nəfər. Bunun ardınca İtaliya (92 472), Çin (82 356), İspaniya (72 248) və Almaniya (52 547) gəlir.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info