“NEQSOL Holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 milyon manat ayırıb
Tarix: 21.03.2020 | Saat: 16:46:00 | E-mail | Çapa göndər



“NEQSOL Holding” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə 5 milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.


Buna əlavə olaraq, holdinqə daxil şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd expres testlər, eləcə də süni nəfəs aparatları və binaların girişində quraşdırılması məqsədilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilməklə aidiyyəti yerlərə təqdim edilməsi nəzərdə tutulub.

Operativ Qərargahın təlimatlarına uyğun olaraq, “NEQSOL Holding” və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizə və yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.

İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən “NEQSOL Holding”də və tərkibində olan şirkətlərdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən:

-işçi heyəti və müştərilər arasında ofislərdə, istehsal sahələrində və xidməti mərkəzlərində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, yazılı və audio-video formatında təlimatlar hazırlanıb, “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb;

-işçi heyətinin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, yaşlı insanlar üçün əlavə imkanlar yaradılıb, tədbirlər və iclaslar onlayn rejimə keçirilib, tikinti sahələrində işlər müvəqqəti dayandırılıb.

• Evdən işləməsi mümkün olmayan işçi heyətinin, eləcə də müştərilərin təhlükəsizliyi

üçün:

-ofislər, istehsal sahələri, müştəri xidməti mərkəzləri və nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb;

-iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib;

-xüsusi rejimlə işləyən işçilər üçün mətbəxlərdə qida rasionu immunitet gücləndirici qidalarla zənginləşdirilib;

-bir sıra hallarda iş saatları qısaldılıb, işçilər üçün nəqliyyat vasitələri təşkil edilib, “2 metr məsafə” qaydası tətbiq edilib və sair.

• Müştərilərə onlayn və distant xidmətlərdən istifadə tövsiyə edilib, həmçinin mobil

rabitə sahəsində abunəçilərə:

-mobil tətbiqetməsindən və 24 saat fəaliyyət göstərən əlaqə mərkəzinin xidmətlərindən istifadə tövsiyə edilib;

-Əlaqə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir;

-Abunəçilər üçün TƏBİB-in 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə pulsuz edilib.

“NEQSOL Holding” və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.

“NEQSOL Holding” bütün əməkdaşlarına, müştərilərinə və tərəfdaşlarına müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, hamını koronavirusla mübarizə üçün imkanlarını səfərbər edərək birləşməyə çağırır. “NEQSOL Holding” hər kəsi özünün və ətrafında olan insanların, xüsusilə yaşlı insanların qayğısına qalmağa çağırır.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir“
07.04.2020
Birdəfəlik ödəmələr kimlərə ayrılacaq? - Nazirlik açıqladı
06.04.2020
Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri və tətillər veriləcək
06.04.2020
Prezident: “Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək“
06.04.2020
“Bizim Tarla” yaşlı ehtiyac sahiblərinə sovqat payladı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info