BDU COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü
Tarix: 21.03.2020 | Saat: 16:58:00 | E-mail | Çapa göndər



Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının virtual iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələr, Universitetdə tədrisin onlayn və oflayn rejimlərdə, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülmüş işlər və nəzərdə tutlmuş tədbirlər müzakirə olunub.
Elmi Şura Azərbaycan Respublikası Prezidentinin yeni növ virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımları dəstəkləmiş, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində vacib və əhəmiyyətli tədbirlər kimi qiymətləndirmişdir. Bu ümummilli məsələdə dövlətin qətiyyətli addımlarının, həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərinin Azərbaycan xalqının gələcəyinə, əhalinin sağlamlığının qorunmasına xidmət etdiyi vurğulanmış, hər bir insanı öz sosial məsuliyyətini dərk etməyə, hamını birlik olmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırmışlar.
Elmi Şuranın qərarına əsasən Bakı Dövlət Universitetinin hesabından COVİD-19 Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürülmüşdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq
29.03.2020
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği açıqlandı
29.03.2020
Azərbaycan hökuməti bazar iştirakçılarını dəstəkləməklə mümkün itkiləri minimallaşdırmaq xətti seçib
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info