Sabahdan Gürcüstanda 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur
Tarix: 21.03.2020 | Saat: 17:01:00 | E-mail | Çapa göndər



Martın 22-dən etibarən Gürcüstanda 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bu gün keçirdiyi xüsusi brifinqdə bildirib.


Hökumət başçısının sözlərinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunmasında əsas məqsəd vətəndaşların sağlamlığının qayğısına qalmaq, onların COVID -19 virusuna yoluxmasının qarşısını almaqdır.
Giorgi Qaxariya deyib ki, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyətin tələblərinə riayət etməyə məcburdurlar. Bu tələbləri pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar. Bu hallara təkrar yol verənlər isə üç ilədək müddətə həbs olunacaqlar.

Qeyd edək ki, koronavirusla bağlı Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. Sənəd təsdiq edilmək üçün parlamentə təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Latviyada koronavirusa yoluxanların sayı 370-i ötüb
30.03.2020
Estoniyada koronavirusa yoluxanların sayı 715 nəfərə çatıb
30.03.2020
Sabahdan Gürcüstanda komendant saatı tətbiq ediləcək
30.03.2020
Gürcüstanda sabahdan ümumi karantin tətbiq olunacaq
30.03.2020
Ermənilər artıq qaçmağa yer tapmırlar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info