Muxtar respublikanın Babək rayonunda yeni bazar inşa olunur
Tarix: 22.03.2020 | Saat: 12:47:00 | E-mail | Çapa göndər



Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan Babək rayonunun Babək qəsəbəsində və Nəcəfəli Dizə kəndində yeni obyektlər inşa olunur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsi tərəfindən Babək qəsəbəsində müasir layihə əsasında bazar inşa olunur. Mart ayının ortalarından etibarən yeni obyektin təməli qazılır. Burada ərzaq və telefon mağazaları, qadın və kişi dərzisi, bərbəri, baytarlıq apteki, təsərrüfat malları üçün mağaza, sahibkarlar üçün yeməkxana otağı yaradılacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil etmək üçün həyətdə açıq bazar da inşa olunacaq. Bütün bunlar imkan verəcək ki, Babək qəsəbəsi və ətraf kəndlərin sakinləri uzaq məsafə qət etmədən bazarla bağlı olan qayğılarını həll edə bilsinlər.
Bundan başqa, rayonun kiçik yaşayış məntəqəsi olan Nəcəfəli Dizə kəndində də quruculuq işləri başlayıb. Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin tərkibində olan bu yurd yerində yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunacaq.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun
07.04.2020
“Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir“
07.04.2020
Birdəfəlik ödəmələr kimlərə ayrılacaq? - Nazirlik açıqladı
06.04.2020
Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri və tətillər veriləcək
06.04.2020
Prezident: “Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info