Misirdə koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb
Tarix: 22.03.2020 | Saat: 13:29:00 | E-mail | Çapa göndər



Misirdə koronavirusdan ölənlərin sayı 10 nəfərə çatıb. Şənbə günü daha iki ölüm faktı qeydə alınıb.


AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed şənbə günü virusa daha 9 yoluxma halı qeydə alındığını bildirib. O əlavə edib ki, bugünədək ölkədə 294 nəfərdə COVID-19 virusu aşkar edilib.
Nazirliyin rəsmisi qeyd edib ki, son bir sutkada koronavirusa yoluxanların hamısı Misir vətəndaşlarıdır. Onlar xəstəxanalarda karantin altına alınıb və vəziyyətləri sabitdir. Həyatını itirənlər isə 68 yaşlı qadın və 75 yaşlı kişidir. Onların hər ikisi Giza vilayətinin sakinləridir. Meqahed əlavə edib ki, indiyədək koronavirusdan müalicə olunan 41 nəfər sağalıb.
Misirin Səhiyyə Nazirliyi dezinfeksiya işlərinin aparılması tələbi ilə vilayətlərin qubernatorlarına müraciət ünvanlayıb. Hazırda ölkənin bütün aeroportlarında profilaktik tədbirlər görülür, təkcə çarter uçuşları qəbul edilir.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Türkiyənin birinci xanımı gənclərə səsləndi
30.03.2020
ÜST: Dünyada 634 mindən çox insan koronavirusa yoluxub
29.03.2020
Türkiyədə koronavirusa yoluxanların sayı 2 minə yaxındır
29.03.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb
29.03.2020
İtaliyada gün ərzində koronavirusdan 756 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info