Elşad İskəndərov: “Dini icmalar sosial problemlərin həlli prosesinə də cəlb olunmalıdır”
Tarix: 02.10.2013 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Bakıda “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirildi

Bakı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda respublika konfransı keçirildi. Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Әliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etdilər.
Regional konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov konfransın Azərbaycanın 8 bölgələsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırdı. Komitə sədri Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün Həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq bütün zəvvarlara uğurlu yol arzuladı, ibadətlərinin, o cümlədən dövlətimizin inkişafı naminə edəcəyi duaların qəbul olunmasını dilədi.
Konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmalı olduğunu diqqətə çatdırmış, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi kimi son illərdə dövlət başçısının qayğısı nəticisində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulması istiqamətində həyata keçirilən işlərdən söhbət açdı.
E.İskəndərov ölkəmizdə dinlərarası tolerantlığın yüksək səviyyədə olduğunu bildirdi və ötən həftə Nyu-Yorkda, BMT-nin mənzil qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə "Milli Tolerantlıq Mərkəzinin layihəsi olan "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərginin açılmasını bunun ən yüksək bariz nümunəsi olduğunu qeyd etdi.
Dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı, bildirdi ki, son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin edir. Dövlət komitəsinin sədri dini icmaları sosial yönümlü layihələri, o cümlədən müxtəlif problemləri ilə əlaqədar bundan sonra da komitə ilə sıx əməkdaşlığının zəruriliyini önə çəkərək bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğuladı.
Respublika konfransında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə “Dini icmaların sosial layihələrinə dəstək proqramı”nın qalibləri elan olunmuş və onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edildi. Dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilmiş proqrama hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim edildi.
Daha sonra çıxış edən dini icma nümayəndələri ilk növbədə dövlət komitəsinə bu təşşəbüsü üçün təşəkkürünü bildirmiş qeyd etdilər ki, xüsusən də son bir ildə dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir. DQİDK tərəfindən dəstəklənən “Qazi Qarabağ azanı” layihəsini, “Axund və imamlar üçün xütbə vəsaiti” və Milli Tolerantlıq Mərkəzinin yaradılmasını xüsusi əhəmiyyət kəsb edir.
Respublika konfransı "Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "İslamda orta yol" panelləri üzrə “Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı”, “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər”, “İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti”, “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası”, “Vəhdət naminə məzhəblərarası dialoq”, “Vətənpərvərlik milli-mənəvi dəyər kimi”, mövzularında məruzələrlə davam etdi.


İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info