Sahibkarlara güzəştli kreditlər elektron qaydada veriləcək
Tarix: 02.10.2013 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondunun yeni layihəsinin və internet saytının təqdimatı keçirildi

Artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən qəzetimizə məlumat verilib. Belə ki, güzəştli kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək, müraciətlərə qanunvericiliyə uyğun baxıldıqdan sonra müvafiq sənədlər elektron formada Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcək, həmçinin fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək. Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı fondun rəsmi internet saytına – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər. “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” vaxt itkisinin qarşısını almağa, izafi xərclərin aradan qaldırılmasına, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsinə imkan verməklə yanaşı, sahibkara investisiya layihəsinin maliyyələşdirilməsi prosesinin bütün mərhələlərini izləməyə imkan yaradır. Bununla yanaşı, güzəştli kreditlərin uçotunun, təyinatı üzrə istifadə olunmasına dair monitorinqlərin aparılması ilə əlaqədar bütün sənədləşmələr də tam elektronlaşdırılıb.
Bu barədə oktyabrın 2-də sahibkarların və müvəkkil kredit təşkilatlarının iştirakı ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yaradılmış “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi”nin və fondun yeni dizaynda tərtib edilmiş internet səhifəsinin təqdimatında məlumat verilib.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində davamlı inkişafa nail olunduğunu, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, güclü sahibkarlar sinfinin formalaşdığını vurğulamış, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri barədə danışıb. Bildirilib ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verilir. Hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən 8 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Elektron xidmətlərin tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması, sahibkarlarla birbaşa təmasın minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, işin səmərəli təşkilinə, vaxt itkisinin qarşısının alınmasına imkan verir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərindən olan sahibkarların investisiya layihələrinin güzəştli kreditləşdirilməsi barədə məlumat verib, 2013-cü ilin ötən dövrü ərzində fond tərəfindən 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kreditin verildiyini qeyd edib. Bu kreditlər 10200 yeni iş yerinin yaradılmasına imkan verəcək. Bildirilib ki, güzəştli kreditlər ölkə iqtisadiyyatının prioritet sahələrində həyata keçirilən layihələrin icrasına yönəldilib. Belə ki, bu ilin ötən dövründə verilmiş güzəştli kreditlərin 63,8%-i aqrar sahənin inkişafı, 36,2%-i isə sənaye məhsullarının istehsalı və emalı sahələrinə verilib. Şirzad Abdullayev qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təqdim edilən bu iki yeni layihə sahibkarlara dövlət dəstəyi istiqamətində atılmış növbəti addım olmaqla, biznesin daha səmərəli aparılmasına, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi prosesinə və güzəştli kreditlərə çıxış imkanlarının asanlaşmasına öz müsbət təsirini göstərəcək.
Sonra Sahibkarlığa Kömək Milli Fondunun sektor müdiri Zaur Nəhmətov sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsində müasir informasiya texnologiyalarına əsaslanan yeni layihənin - “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi”nin və Sahibkarlığa Kömək Milli Fondunun yeni dizaynda tərtib edilmiş www.anfes.gov.az internet saytının təqdimatı ilə çıxış edib. Qeyd olunub ki, fondun saytı müasir dizaynda bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla yenidən hazırlanıb. Saytda ölkənin iqtisadi və inzibati rayonları üzrə müəyyən edilən iqtisadiyyatın prioritet istiqamətlərinin və müvəkkil kredit təşkilatlarının filial şəbəkəsinin interaktiv xəritəsi, kredit kalkulyatoru, nümunəvi investisiya layihələri yerləşdirilib. Bundan başqa, internet səhifəsində dövlətin güzəştli kreditləri hesabına investisiya layihələrinin hazırlanmasından güzəştli kreditləri əldə etməyə qədər bütün prosesləri həyata keçirməyə imkan yaradılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info