Misir Prezidenti koronavirusla mübarizəyə 6 milyard dollardan çox vəsait ayırıb
Tarix: 23.03.2020 | Saat: 03:19:00 | E-mail | Çapa göndər




Misir Prezidenti Əbdülfəttah əs-Sisi koronavirus pandemiyası ilə bağlı keçirdiyi müşavirədə ölkə vətəndaşlarını xəstəliyin yayılmasının qarşısını almaq üçün daha iki həftə ərzində qaydalara riayət etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, yerli telekanallarda canlı yayımlanan tədbirdə geniş nitq söyləyən dövlət başçısı COVID-19-un yayılmasının qarşısını almaq məqsədilə 100 milyard Misir funtu (6,39 milyard dollar) ayrıldığını bəyan edib.
O bildirib ki, turizm obyektlərinin, digər müəssisələrin fəaliyyətinin dayandığı, habelə aeroportların bağlandığı bir vaxtda ölkənin fond birjasının dəstəklənməsi məqsədilə Misir Mərkəzi Bankı əlavə 20 milyard Misir funtu (1,28 milyard dollar) ayıracaq.
Misir Prezidenti qeyd edib ki, COVID-19 çox sürətlə yayılır və qısa zamanda minlərlə insan bu virusa yoluxa bilər. O, əhalini qaydaları pozan obyektlər barədə hökumətə məlumat verməyə çağırıb.
Əbdülfəttah əs-Sisi vurğulayıb ki, dövlətin kifayət qədər maliyyə və ərzaq imkanları var, vətəndaşlar ev karantinində də əziyyət çəkməyəcəklər. Vurğulanıb ki, Misir ən azı üç aylıq ərzaq ehtiyatına malikdir.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Türkiyənin birinci xanımı gənclərə səsləndi
30.03.2020
ÜST: Dünyada 634 mindən çox insan koronavirusa yoluxub
29.03.2020
Türkiyədə koronavirusa yoluxanların sayı 2 minə yaxındır
29.03.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb
29.03.2020
İtaliyada gün ərzində koronavirusdan 756 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info