Dünya Səhiyyə Təşkilatı yeni plan təqdim edib
Tarix: 02.10.2013 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Hər gün yaşı 15-dək olan 200-dən çox uşaq vərəmdən dünyasını dəyişir, halbuki bu xəstəliyin qarşısını almaq və onu müalicə etmək mümkündür. Dünya Səhiyyə Təşkilatının (DST) bu barədə yaydığı məlumatda deyilir ki, DST ekspertləri və tərəfdaşlarının fikrincə, xüsusi fəaliyyət planının köməyi ilə hər il 74 min uşağı vərəm xəstəliyinin səbəb olduğu ölüm hallarından qurtarmaq olar.
Uşaqların vərəmdən ölüm hallarının kökünü kəsmək üçün DST-nin himayəsi ilə Vaşinqtonda “yol xəritəsi” işə salınıb. Onun müəlliflərinin qənaətinə görə, 120 milyon ABŞ dolları hər il minlərlə uşağı vərəmə yoluxmaqdan xilas etməyə, artıq yoluxmuş, o cümlədən vərəmə və İÇV-yə yoluxmuş on minlərlə uşağı müalicə etməyə imkan verəcəkdir.
Dünyada hər 10 vərəmə yoluxma halının biri, yəni bütün vərəm xəstəliklərinin 6-10 faizi yaşı 15-dək olan uşaqların payına düşür. Lakin bu göstərici yüksək də ola bilər. Axı, uşaqların çoxunun diaqnostikaya müraciət etmək imkanı yoxdur.
Təqdim edilmiş yeni fəaliyyət planı xəstəlik haqqında ən müasir biliklərə söykənir və uşaqların vərəmdən ölüm hallarının aradan qaldırılmasına dair konkret tədbirləri müəyyən edir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info