“Nemət Pənahlı fəhləliyi ilə Cəmil Həsənlidən 25 il öndə idi”
Tarix: 02.10.2013 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Cümşüd Nuriyev: “Cəmil Həsənli ona diqtə edilən cümlələri diletantca səsləndirir”

Prezidentliyə namizədlərin 7-ci teledebatında da radikal müxalifətin cəmləşdiyi “milli şura”nın namizədi Cəmil Həsənli öz ampluasında qaldı. Seçki platforması haqqında danışmayıb, ümumi sözlərlə ittihamlar səsləndirib, əsaslandırılmamış fikirlərlə yağlı vədlər verən Cəmil Həsənlinin seçki platformasının olmadığı bir daha bəlli oldu. O, çıxışlarında sanki hansısa qarşısına qoyulmuş konkret tapşırıqlara uyğun ittihamlar səsləndirməsi ilə də seçildi.
Siyasi şərhçi Cümşüd Nuriyev “Palitra”ya məlum məsələni şərh edərək bildirdi ki, əslində Cəmil Həsənlinin arxasında duran komandanın seçkilərdə platforma hazırlamağa belə vaxtları olmayıb. Onlar seçkilərə qədər bir neçə ayı intriqa və düşmənçiliklə yola veriblər. Cəmil Həsənlinin 7-ci çıxışı isə absurd fikirlərlə zəngin olub: “Öncə onu deyim ki, Cəmil Həsənli 3-4 debatda bir neçə məsələni tutuquşu kimi təkrar edir. Artıq o məsələləri kifayət qədər araşdırmışam və mətbuat orqanlarından birinə də təqdim etmişəm. Məlum olur ki, onun dedikləri absruddur. Bu adam isə ancaq diletant səviyyəsində ucuz populizmə gedir. Yəni, vaxtilə şeir biməyən Cəmil Həsənli indi yeni Nemət Pənahlı olmaq istəyir. Nemət Pənahlının 88-ci ildə meydanda oxuduğu şeirləri bu insan 25 ildən sonra Yasamaldakı stadionda daha kiçik bir arenada oxuyur. Ən faciəvi hal isə odur ki, Nemət o vaxt fəhlə səviyyəsi ilə professor sayılan Cəmil Həsənlidən 25 il qabaqda idi. Çünki bu adam professor ola-ola şeiri də düz-əməlli oxuya bilmir, nəinki bəzi “nağıllar” ola. Sonuncu çıxışında səsləndirilən fikirlər isə ümumiyyətlə, müxalifət adına biabırçılıqdır. Bu bədbəxti kimsə dolayır. Onu qızışdırıb ortaya atırlar”.
Cümşüd Nuriyev deyir ki, Cəmil Həsənlinin kənd təsərrüfatı ilə bağlı səsləndirdiyi firkirlər də gülüş doğurur: “Kənd təsərrüfatı mütəxəssisləri belə təsərrüfatın bütün sahələrinə girməyə ehtiyat edir. Çünki bu çox böyük bir sahədir. Burada kokret olaraq maddi məhsulun istehsalından söhbət gedir. Sonra onun bölüşdürülüb paylanması, nəql olunub istehlakı bir-birinə bağlı olan zəncirlərdir. Kənd təsərrüfatı mütəxəssisləri ayrı-ayrı zəncirlərdən söhbət edə bilmirlər. Amma Cəmil Həsənli birdən-birə dönüb olub Azərbaycanın ən böyük “aqrar alim”i. Azərbaycanda kənd təsərrüfatındakı proseslərin tez zamanda tənzimlənməsindən dəm vurur. Kimlərsə ona bir neçə populist cümlə diqtə edib. Bu isə onu məğzinə varmadan çox diletant bir səviyyədə səsləndirir. Cəmilin əsas məqsədi odur ki, ancaq iqtidara çirkab atsın”.
Politoloqun deməsinə görə, debata Elşad Abdullayev kimi məşhur fırıldaqcı cinayətkarın Cəmil Həsənli tərəfindən “daşınması” da təsadüfi hal deyil: “Elşad Abdullayevin uzun müddətdir ki, səsi kəsilmişdi. Ona Azərbaycan dövləti də əsaslandırılmış şəkildə cinayət işi qaldırıb. Bu, necə ziyalı, professordur ki, bu günə qədər də Elşad Abdullayevin tərəfində durur, onun əməllərindən belə seçki işində istifadə edir. Bu günə kimi də Elşadın pul alıb küçələrə atdığı tələbələr nə diplomunu ala bilirlər, nə də təhsilini davam etdirə. Hələ mən onu demirəm ki, həmin tələbələrin bir hissəsini Cəmilin bəyənmədiyi bu iqtidar universitetlərə yerləşdirdi. O tələbələr heç imtahan nədir bilmirdilər. Azərbaycana heç kim Elşad qəqər ziyan vurmayıb. Belə bir əməlin sahibi olan şəxsi indi tərifləyirlər. Yazırlar ki, Cəmil Həsənlini Elşad Abdullayev dəstəkləyir. Məlumdur ki, o qara işlərlə məşğul olub, qanunsuz böyrək transplantasiyasına girişibmiş, xeyli sayda adamın pulunu alıb qaçıb və öz qardaşının oğurlanmasında iştirak edib. Azərbaycanda hər cür fırıldaqla məşğul olmuş adam Cəmil Həsənlini müdafiə edir. Görün bunlar kimin ümidinə qalıblar... Nə oldu axı sən deputat olanda Azərbaycan seçkilərinin hamısı qanuni oldu, amma sen seçilməyən kimi hər şey qanunsuz oldu? Deməli iddianda yalançısan. Adam bu qədər qeyri-obyektiv görünməz...Özünə hörmət edən ziyalı, elmlər doktoru bu qədər kor olmaz. Düzdür, nifrət və sevgi adamın gözün kor edir. Amma bununku nifrət deyil, intiqam hissidir. Kənardan ona xüsusi tapşırıqlar verilir. Onun namizədliyi irəli sürülən kimi İngiltərəyə getdi. Bu da təsadüfi deyildi. O, qudalarının yerini şirin etməkdən ötrü də tapşırıqları can başla yerinə yetirir. Bu azmış kimi, yenə Avropaya gedib xüsusi tapşırıqlar alacaq. Bunlar bilirlər ki, Cəmil Həsənli maksimum 2 faiz səs yığa biləcək. Amma onlara lazımdır ki, Azərbaycanda seçkilərə kölgə salmaqdan ötrü bəzi kəşfiyyat orqanlarının nəzarətində olan qeyri-hökumət təşkilatların hesabatlarına böhtanlar salsınlar. Bu da ermənilərə sərf edən amildir. Ermənilər bərbad seçki keçirmələrinə baxmayaraq, o hesabatlara az düşürlər. Amma burada ermənilərin kifayət qədər adamları var ki, onlar da bu işlərlə məşğuldurlar ki, Azərbaycan hesabatlarda daha çox neqativ məsələlərdə hallansın. Bu dəqiqə ermənilərin ruporu Cəmil Həsənli sayıla bilər”. Politoloqun deməsinə görə, indi bunlar Qərbin maliyyə proyektinə çevriliblər. Bu insanlar bir şeyi başa düşmürlər ki, onların atdıqları addımlar başqalarının cibinə pul yığmağa hesablanıb və getdikləri yol xalqa xəyanətdir: “Bunu bilə-bilə yola davam edənlərdən yaxşı heç nə gözləmirəm. Onlar millətə xəyanətkar mövqedə qətiyyətlə dayanıblar. Biologiya elmində üç cür canlılar var. Biri özü qeyri-enerjidən eneri istehsal edən. Bu bitkilərdir. Bir də var başqalarının hesabına yeyib dolanan canlılar. İnsan da ora aiddir. Biri də var ki, redusentlər. Bunlar bəzi göbələklər və parazitlərdir. Onlar ancaq leş üstündə formalaşırlar. Azərbaycan müxalifəti artıq redusent səviyyəsinə düşür. Yəni müxalifət normal “qidalanmağa” yox, anormal variantlara üstünlük verirlər. Azərbaycanın dağılmağını istəyən qüvvələr ölkənin “leş” kimi görmək, onun üzərində çürümüş ideologiyadan özlərinə bir şey əxz eləmək istəyirlər. Bu qüvvələrə ayrı ad tapa bilmədim. Nə insani hisslər, nə də bitkilərə aid hissləri qalıb. Bunlara ancaq redusent demək olar”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info