XİN xaricdəki azərbaycanlılara müraciət etdi
Tarix: 23.03.2020 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Hazırda bütün dünya yeni növ təhlükəli koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə aparır və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə pandemiya elan edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti COVİD-19 infeksiyasının yayılması riskinin qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirir və bu proses birbaşa dövlət başçısının nəzarəti altındadır.

Yaranmış vəziyyətdə ölkəmizin quru və hava yollarının bağlanması və uçuşların müvəqqəti dayandırılması ilə əlaqədar, Azərbaycanın xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının Azərbaycana gətirilməsi üçün xüsusi çarter reysləri təşkil olunmaqdadır. 10.000-ə yaxın vətəndaşımızın AZAL-ın xüsusi çarter reysləri və digər nəqliyyat vasitələri ilə ölkəyə gətirilməsi təmin olunub. Ölkəyə xaricidən gələn bütün vətəndaşlar müayinədən keçirilir və dövlət hesabına 14-21 gün ərzində karantin rejimində saxlanılır.

Azərbaycan vətəndaşlarının sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib və bu xüsusda çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Mövcud durumda vətndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, xaricdə olan vətəndaşlarımızdan hazırda olduqları ölkələrdə karantin qaydalarına riayət etmələrini israrla xahiş edirik. Azərbaycana geri dönən hər bir vətəndaşımızın karantin rejiminə götürülməsi üçün xüsusi rejimli xəstəxanalar, karantin yerləri hazırlanır, müvafiq logistika təminatı həyata keçirilir. Bunun üçün isə müvafiq imkanların səfərbər edilməsi ilə yanaşı, zaman da tələb olunur. Bu səbəbdən vətəndaşlarımızdan təmkinli davranmalarını, mümkün olduğu qədər hazırda olduqları ölkələrdə özünütəcrid qaydalarına əməl etmələrini tövsiyə edirik. Mövcud vəziyyətdə əsassız yerə təşvişin yaradılması, bəzi hallarda təxliyədən sui-istifadə halları, dövlətin gördüyü işlərə qarayaxma cəhdləri bəzi şəxslərin məsuliyyətsiz davranışını nümayiş etdirir.

Vətəndaşlarımızın, onların yaxınlarının, eləcə də Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin edilməsi naminə hər birimizi xarici səfərləri, o cümlədən geriyə dönüş səfərlərini mümkün qədər məhdudlaşdırmağa, olduğumuz yerlərdə özünütəcrid qaydalarına əməl etməyə və təmkinli davranmağa çağırırıq. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31.03.2020
Əziz Əlibəyli: “Qaydalara riayət etməyənlərə qarşı ciddi cəza tədbirləri görülməlidir”
31.03.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31.03.2020
Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək
31.03.2020
Türk Şurasının baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info