Xocavəndin Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 21 il ötür
Tarix: 02.10.2013 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


1992-ci il oktyabrın 2-də Ermənistan silahlı birləşmələri Azərbaycanın dilbər guşələrindən olan Xocavəndi işğal edib. Həmin vaxtdan 21 il ötür. Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılmışdı.
Ərazisi 1458 kvadratkilometr olan Xocavənd rayonunun tərkibinə 1 şəhər, 2 qəsəbə və 81 kənd daxil idi. Rayonun işğalı mərhələ-mərhələ həyata keçirilib. 1991-ci il oktyabrın 30-da azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qanlı hadisə Azərbaycan tarixinə Qaradağlı faciəsi kimi yazılıb. 1992-ci il oktyabrın 2-də Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən zəbt edilərək yandırılıb. Bu ədalətsiz və qüvvələrin qeyri-bərabər olduğu müharibədə Xocavənd 145 şəhid verib. Rayonun 300-dən çox sakini əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u erməni faşistləri tərəfindən qətlə yetirilib. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye və 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə və 17 təhsil müəssisəsi, 59 mədəniyyət ocağı, 32 körpü, 42 su anbarı, 316 kilometr uzunluğunda su kəməri və digər maddi-mədəni sərvətlər talan edilib, dağıdılıb.
Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə də zəngindir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, V-XIII əsrlərə aid çoxlu qalalar və türbələr, Alban məbədləri, kilsələri və qəbiristanlıqları (III-VI əsrlər) və onlarca digər abidələr 21 ildir ki, əsarətdədir və erməni vəhşiliyinin qurbanına çevrilib. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsindəki qiymətli palıd ağacları qırılaraq talan edilib, bir sıra ərazilərdəki meşələr yer üzündən silinib, işğalçılar rayonun təbiətinə amansızcasına divan tutublar. Azərbaycanın ərazi bütövlüyü naminə canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində “Şəhidlər” abidə kompleksi ucaldılıb. Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər əsasən Beyləqan rayonu ərazisində məskunlaşıblar. Onlar üçün 500 ailəlik qəsəbə salınıb. Burada rayonun bütün icra strukturları, idarə və müəssisələri, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, müasir tipli ATS, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi fəaliyyət göstərir. Qəsəbədə inşa edilən Bayraq meydanının, parkın, polis və təhsil şöbələri üçün inzibati binaların, müasir idman zalının tikintisi yekunlaşmaq üzrədir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info