İranda 6 yaşlı uşaq koronavirusdan ölüb
Tarix: 24.03.2020 | Saat: 11:24:00 | E-mail | Çapa göndər



İranda 6 yaşlı uşaq yeni növ koronavirus ("COVID-19") xəstəliyi səbəbindən ölüb.
APA-nın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə İranın Şimali Xorasan Sağlamlıq Elmləri Universiteti açıqlama yayıb.
Bildirilib ki, İranın Şimali Xorasan əyalətində indiyə qədər 189 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19-u vəfat edib. Virusun qurbanlarından birinin 6 yaşlı uşaq olduğu bildirilib.
Qeyd edək ki, dünyada sürətlə yayılan və pandemiya elan olunan virus üçün risk qrupunun əsasən yaşlı adamlar olduğu deyilsə də, həkimlər virusun immuniteti zəif olan uşaqlar və gənclərdə də ölümə səbəb olduğunu bildirir.
İran Səhiyyə Nazirliyi martın 14-də açıqlamasında qeyd edib ki, yeni növ koronavirus səbəbi ilə həyatını itirənlərin orta yaşı 67, xəstəliyə yoluxanların orta yaşı isə 54-dür. Virusun ən gənc qurbanı isə 3 yaşlı uşaqdır, həmin uşaq eyni zamanda leykoz xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, İranda ümumilikdə koronavirusa yoluxanların sayı 23 049, ölənlərin sayı 1812-dir.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Türkiyənin birinci xanımı gənclərə səsləndi
30.03.2020
ÜST: Dünyada 634 mindən çox insan koronavirusa yoluxub
29.03.2020
Türkiyədə koronavirusa yoluxanların sayı 2 minə yaxındır
29.03.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatıb
29.03.2020
İtaliyada gün ərzində koronavirusdan 756 nəfər öldü

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info