Vəkillər Kollegiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürüb
Tarix: 24.03.2020 | Saat: 12:17:00 | E-mail | Çapa göndər



Dövlətimizin başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə 50 min manat vəsait köçürülüb.


Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, dövlətimizin başçısının təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kompaniyaya vəkillər də biganə qalmayıb və onlar tərəfindən ayrıca təşəbbüslər şəklində də Dəstək Fonduna köçürmələr edilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, vəkillərin bu kimi sosial bəlalarla mübarizədə hər zaman dövlətimizin, habelə bu mübarizəyə dəstək verən hər kəsin yanında olduğunu bildirir, ölkəmizin bu pandemiyaya qalib gələcəyinə əminliyini bəyan edir.

Dəstək Fonduna köçürülmüş vəsait vəkilliyin inkişaf fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkillərin iştirakı təmin olunub.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir“
07.04.2020
Birdəfəlik ödəmələr kimlərə ayrılacaq? - Nazirlik açıqladı
06.04.2020
Pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri və tətillər veriləcək
06.04.2020
Prezident: “Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək“
06.04.2020
“Bizim Tarla” yaşlı ehtiyac sahiblərinə sovqat payladı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info