Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib
Tarix: 24.03.2020 | Saat: 14:01:00 | E-mail | Çapa göndər



Bu gün dünyamız yeni növ koronovirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses bir başa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, pandemiyanın geniş yayıldığı, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlandığı və hava reyslərinin dayandırıldığı bir vaxtda dövlətimiz xaricdə olan vətəndaşlarımızn təxliyəsini həyata keçirib, on minədək vətəndaşımız ölkəyə geri qaytarılıb. XİN rəsmisi əlavə edib ki, Azərbaycana geri dönən vətəndaşlarımız dövlət hesabına 15-20 gün karantin müddəti keçirlər. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. “Biz vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dövlətimizi dəstəkləməliyik. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər. Mümkün qədər xarici və geri dönüş səfərlərini məhdudlaşdırsınlar. Bu, həmin vətəndaşların və cəmiyyətimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək”, - deyə L.Abdullayeva vurğulayıb.

O bildirib ki, XİN-nin və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin “qaynar xətt”ləri 24 saat fəaliyyət göstərir. Vətəndaşlarımız istənilən “qaynar xətt” vasitəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, XİN-in 596 94 49 nömrəli “qaynar xətt”i 24 saat fəaliyyət göstərir. Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı da fəaliyyət göstərir (workinggroup@mfa.gov.az).




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
28.03.2020
“Cəzaçəkmə müəssisələrində koronavirusa qarşı bütün qoruyucu tədbirlər görülür“
28.03.2020
Azərbaycan epidemiyanın qarşısını almaq üçün fəal tədbirlər həyata keçirir
27.03.2020
QHT rəhbəri əhalini #evdəqal kampaniyasına qoşulmağa səslədi
27.03.2020
Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info