ADA tələbə qəbuluna başlayır
Tarix: 02.10.2013 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Diplomatik Akademiyası (ADA) 2014-2015-ci akademik il üçün diplomatiya və beynəlxalq münasibətlər və ictimai siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbuluna başlayıb.
ADA-nın kommunikasiya departamentindən bildiriblər ki, akademiyanın magistratura proqramları iki illikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edəcəklər. ADA-nın tədris proqramlarında azərbaycanlı tələbələrlə yanaşı, dünyanın 27 ölkəsindən tələbələr təhsil alırlar. Təhsil müddətində yüksək nəticələr göstərmiş namizədlərə təhsil haqqına 100 faizlik güzəştlər təklif olunur.
Bununla yanaşı, ADA-nın Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlanıb. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olan peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastrix şəhərlərində tədris edilir. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info