BMU Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürüb
Tarix: 24.03.2020 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının Google Hangout Meet platforması üzərindən onlayn iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələrin icrası ətraflı müzakirə edilib.
İclasda BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə gördüyü işləri nəzərə çatdırıb, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldığını vurğulayıb.
Rektor H.Məmmədov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını Fonda ianə ediblər. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər, bütövlükdə ölkə ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal qoşularaq, bu məqsədlə yaradılmış Fonda könüllü ianələr köçürürlər.
İclasda universitetin büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsaitin köçürülməsi ilə bağlı yekdil qərar qəbul olunub.
Daha sonra BMU-da tədrisin məsafədən həyata keçirilməsi, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülən işlər müzakirəyə çıxarılıb. Bildirilib ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə BMU-da davamlı işlər həyata keçirilir. Artıq iki dəfə universitetin bütün tədris binaları, ictimai-iaşə obyektləri və yataqxanaları Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilib, həmçinin sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, məlumatlılığın artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də yataqxanalarda və tədris binalarında monitorlara yerləşdirilib.
İclasda koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə BMU-da təlim-tədris prosesinin məsafədən davam etdirilməsi müzakirə olunub. Nəzərə çatdırılıb ki, bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Qərara alınıb ki, martın 29-dan etibarən bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçirilsin.
Müzakirələrdə BMU-nun artıq üç ildir ki, Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvü olması, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə etməsi qeyd olunub.
İclasın sonunda rektor H.Məmmədov universitet əməkdaşlarını həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Martın 30-u üçün teledərslərin cədvəli müəyyənləşdirilib
29.03.2020
Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir
29.03.2020
Bakı Slavyan Universiteti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat yardım etdi
28.03.2020
“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlanıb
28.03.2020
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11484

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info