65 yaşdan yuxarı tənha yaşayanlara evlərində hansı istiqamətlərdə xidmətlər göstəriləcək?
Tarix: 24.03.2020 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Bunun üçün onlar hara müraciət etməlidirlər?

Ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski çox olan yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunmasını nəzərdə tutur.
Həmin vətəndaşların xüsusi karantin rejimi dövründə (24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək) evdə qalmaları onların bu pandemiyadan qorunması üçün vacibdir.
Evdə olduqları karantin dövründə onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sistemində çalışan sosial xidmətçilər tərəfindən evlərində dəstək və xidmətlər göstəriləcək.
Sosial xidmətçilər hazırda ahıl (yaşı 70-i ötmüş) şəxsləri bu xidmətlərlə təmin edirlər, xüsusi karantin rejimi dövründə 65-70 yaşlı tənha vətəndaşların da evdən bayıra çıxmadan onların bu xidmətlərindən yararlanmalarına şərait yaradılır.
Belə ki, yaşı 65-i ötmüş tənha yaşayan vətəndaşlar da ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. üçün sosial xidmətçi personalının xidmətlərindən faydalana biləcəklər.
Sosial xidmətlərdən istifadə etmək üçün bu kateqoriyadan olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınmalıdırlar. Bununla yanaşı, 65-70 yaşlı tənha şəxslərin müəyyən edilməsi üçün özlərinin müraciətlərindən başqa yerli icra qurumlarından siyahılar alınacaq.
Sosial xidmətçilər lazımi qoruyucu vasitələrlə təmin olunacaqlar. Onlar tərəfindən bu xidmətlər yaşlı şəxslərlə təmas olmadan, müəyyən məsafə saxlanılmaqla həyata keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Tənha şəxslərə xidmət göstərənlərə evdən çıxmaq üçün icazə veriləcək
03.04.2020
Karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı
03.04.2020
Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03.04.2020
DMX koronavirusla bağlı növbəti videoçarx hazırladı - VİDEO
03.04.2020
Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info