Ehtiyatda olan polkovnik Şair Ramaldanov: “Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb”
Tarix: 24.03.2020 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Qoşunların təmas xəttindəki son vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusu nəinki bütün təxribatların qarşısını layiqincə almağa və düşmənə sarsıdıcı zərbələr vurmağa, hətta bu gün işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir.
Erməni xalqı və erməni əsgəri baş nazir Nikol Paşinyanın populist çıxışlarının əsirinə çevrilib. Xalq arasında nüfuzunu tamamilə itirmiş hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.
Bu gün düşmənin hər bir hərəkətinə ordumuz tərəfindən nəzarət edilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhə xəttində yerləşən hərbi hissələrə müntəzəm səfərləri, yerində vəziyyətlə tanış olaraq müvafiq tapşırıqlar verməsi şəxsi heyətin mənəvi-psixoloji ruhunu və döyüş əzmini daha da artırır. Qarşı tərəfdə isə vəziyyət günü-gündən pisləşməkdə davam edir.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraitinin acınacaqlı olaraq qalır. Nizamnamədən kənar münasibətlər nəticəsində əsgərlərin xidmət yerini özbaşına tərk edərək müxtəlif yollarla Ermənistan istiqamətində qaçmalarının qarşısının alınması məqsədilə müvafiq yerli strukturlar tərəfindən əməliyyat tədbirləri keçirilir. Ümumiyyətlə, Dağlıq Qarabağda döyüş mövqelərinə mülki şəxsləri çıxarmaqdan başqa düşmənin heç bir əlacı qalmayıb. Belə ki, əsgər çatışmazlığı səbəbindən döyüş mövqelərinin gücləndirilməsi məqsədilə Dağlıq Qarabağda yaşayan mülki şəxslərdən istifadə edilir. Onlar isə əksər hallarda komandanlığın əmrlərinə tabe olmurlar. Azərbaycan Ordusunun bölmələri tərəfindən həmin postlara cavab atəş zərbələri endirilən zaman mövqeləri tutmaq əvəzinə, sığınacaqlara girərək oradan çıxmaqdan imtina edirlər.
Düşmənin son təxribat cəhdi vasitəsilə atəşkəs rejimini pozmasının arxasında bir sıra səbəblər dayanır. Birinci səbəb yuxarıda qeyd etdiyim məsələlərdir. İkinci səbəb isə, koronavirus infeksiyasından Ermənistan ordusunda ölənləri ictimaiyyətdən gizlətmək niyyətidir. Buna nə qədər cəhd göstərsələr də xeyri olmayacaq.
Son diversiya aktına cəhd bir də onu göstərir ki, Ermənistan Müdafiə Nazirliyi Orduda real vəziyyətdən bixəbərdir və mövcud şəraitə nəzarət edə bilmir. Son günlər düşmən ordusunun rəhbərliyinin guya hərbi hissələrdə olması, vəziyyəti yoxlaması, eyni zamanda dünyanı bürüyən koronavirusla mübarizə tədbirləri həyata keçirməsi barədə erməni mətbuatında yer alan məlumatlar gözdən pərdə asmaqdan başqa bir şey deyildir. Ermənistan ordusunun yüksək vəzifəli şəxsləri belə ucuz yollarla xalqın diqqətini işğalçı orduda hökm sürən nöqsanlardan, problemlərdən yayındırmağa çalışar. Əgər bu belə olmasaydı onda onların heç olmasa baş verən hadisədən və ortalıqda qalan əsgərlərinin cəsədindən xəbərləri olardı və bunu etiraf etməyə cürətləri çatardı.
Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu daim döyüş hazırlığı vəziyyətindədir, əməliyyat şəraitinə tam nəzarət edir. Hər hansı bir təxribata qarşı Azərbaycan Ordusu həmin anda dəqiq cavab verməyə hazırdır.
Əgər münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqsa, Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, Ali Baş Komandanın əmri ilə düşmən üzərində tam qələbə çalmağa qadirdir.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Amerikalı baş infeksiyaçı: Koronarivus mövsümi xarakter daşıya bilər
06.04.2020
“Tehranda koronavirusa yoluxma sayı artsa, vəziyyət nəzarətdən çıxacaq”
06.04.2020
“COVİD-19 pandemiyası nəticəsində qlobal səviyyədə məişət zorakılığı artıb“
05.04.2020
“Bizim ölkənin koronavirusla mübarizədə atdığı addımlar qonşu və yaxın ölkələrdə təkrarlanmaqdadır“
05.04.2020
“Tədbirlər planı həm məşğul, həm də işləməyən vətəndaşlarımızın sosial təminatına hesablanıb“

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11497

1 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
2 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
3 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
4 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
5 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info