Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı yeni qərar
Tarix: 24.03.2020 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.

Bu barədə Trend-ə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gündən başlayaraq aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən “müraciəti izlə” bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri üç gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
icaze.gov.az saytı bu gün saat 10:00-dan fəaliyyətə başlayıb...
03.04.2020
Xüsusi karantin rejimində şəxsi avtomobillərlə taksi xidməti dayandırılacaq
03.04.2020
Sığorta şirkəti COVİD-19-la bağlı işarət dilində videoçarx hazırladı
02.04.2020
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
02.04.2020
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11494

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info