Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət edib
Tarix: 24.03.2020 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva yeni növ koronavirus (COVID-19) epidemiyası ilə bağlı xalqa müraciət edib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, müraciətdə deyilir:
“Əziz həmvətənlər, atalar, analar, bacılar və qardaşlar!
Məlumdur ki, yeni növ koronavirus (COVID-19) dünya ölkələrində sürətlə yayılmaqdadır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunmuşdur.
Bu virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması ilə əlaqədar ÜST-nin tövsiyə və tələblərinə uyğun olaraq, ölkəmizdə yüksək səviyyədə təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqətində və nəzarətindədir.

Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyinin tapşırığına əsasən, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir və müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir.

Artıq Nazirlər Kabineti yanında Operativ Qərargahın Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş 23 mart 2020-ci il tarixli iclasında COVID-19 pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsi nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edilərək koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, ölkəmizdə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur.

Əziz həmvətənlər!

Azərbaycan Respublikasında müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı həyata keçirilən bütün bu tədbirlər ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması və əhalinin, o cümlədən həssas qruplardan biri kimi yaşlı insanların, uşaqların, əlilliyi olan şəxslərin sağlamlığının qorunması məqsədinə xidmət edir. Ona görə də hər bir şəxsi, bütövlükdə əhalini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, ÜST-nin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, təklif və tövsiyələrinə qeyd-şərtsiz əməl edərək evdə qalmağa, özünütəcrid şəraitinə riayət etməyə çağırır, yeni növ koronavirus üçün xarakterik simptomları hiss edən şəxslərə aidiyyəti üzrə qaynar xəttlərə (103 və ya 15-42) zəng etməyi tövsiyə edirəm.
İnanıram ki, əhalinin hazırkı vəziyyətdə maksimum məsuliyyətli olması və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməsi nəticəsində bu sınaqdan uğurla çıxacağıq.
Əlavə olaraq bildiririk ki, ölkədə yaranmış mövcud epidemioloji vəziyyətlə əlaqədar Ombudsmanın Aparatında və regional mərkəzlərində həyata keçirilən vətəndaşların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, poçt, onlayn müraciət, e-mail, faks, facebook, habelə qaynar xətlər (0503709896 və 012916) vasitəsi ilə bizə müraciət edə bilərsiniz”.




 
Bölməyə aid digər xəbərlər
30.03.2020
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib
30.03.2020
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
30.03.2020
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
30.03.2020
Tibbi maskalar barədə ümumi maarifləndirici məlumat
29.03.2020
Operativ Qərargah: Azərbaycanda daha 27 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11487

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info