Qurbanlıq heyvanların kəsilməsi üçün Bakıda yerlər ayrılacaq
Tarix: 02.10.2013 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


“Kənar yerlərdə heyvan və ət satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq”

İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyətli dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Qurban bayramı günlərində Bakı şəhərində və Bakı ətrafı qəsəbələrində qurbanlıq qoyunların satışını təşkil edəcək. Bunu Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev deyib.
O bildirib ki, bu məqsədlə bayram günlərində qurbanlıq heyvanların qəbul edilməsi, saxlanması, satışı ilə əlaqədar Bakı Şəhər Baytarlıq İdarəsi müəyyən edilən ünvanlarda nəzarət təşkil edəcək və həmin yerlərə baytar həkimlərin iştirakı təmin ediləcək. Qurbanlıq heyvanların kəsilməsi üçün Bakı şəhəri üzrə Sabunçuda 4, Nərimanovda 2, Nizami və Xətaidə 8, Suraxanıda 5, Səbayeldə 4, Yasamalda 2, Binəqədidə 10, Xəzərdə 4, Pirallahıda 3, Qaradağda 4 yer ayrılması planlaşdırılıb”. Ş. Abdullayev qeyd edib ki, Qurban bayramı ilə əlaqədar hazırda 65 baytar həkimi bu işə cəlb olunub: “Bakı şəhəri üzrə 27 baytar - sanitariya ekspertiza laboratoriyaları və səyyar ekspertiza laboratoriya maşınları bu yerlərdə fəaliyyət göstərəcək. Nəzarət təşkil ediləcək yerlərdə heyvanlar hamısı baytarlıq sənədi ilə daxil olacaq və təkrarən müayinədən keçiriləcək. Sonradan əhaliyə satılmasına şərait yaradılacaq. Əgər xəstə heyvan aşkarlanarsa onlar kənarlaşdırılacaq”. İdarə rəisi ayrılan xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan şəxslərin cəzalandırılacağını da söyləyib: “Fiziki və hüquqi şəxslərə 50-150 manat arasında cərimə sanksiyaları tətbiq olunacaq”. Ş. Abdullayev onu da əlavə edib ki, qurbanlıq məqsədi ilə rayonlardan gətirilən heyvanlar tələbatı ödəyəcək, başqa ölkələrdən bununla bağlı heyvan gətirilməsinə ehtiyac yoxdur: “Yəqin ki, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 10-15 min arası qurbanlıq qoyunlar də gətiriləcək. Onlar da baytarlıq nəzarətinə cəlb edilməmiş respublikaya daxil olmayacaq. Xaricdən gətirilən mal-qara ölkəmizə gətirilərkən qeydiyyata düşür və 1 ay ərzində müayinələrdən keçir. Laborator müayinədən keçdikdən sonra həmin heyvanlar sağlamdırsa, kəsimə yararlıdırsa biz onların kəsilməsinə icazə veririk. Əgər bayram ərəfəsində ehtiyac olarsa, o halda xaricdən gətirilən heyvanlardan da istifadə oluna bilər”.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info