Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verir
Tarix: 25.03.2020 | Saat: 10:24:00 | E-mail | Çapa göndər


2020-ci ilin iki ayının yekunları onu göstərir ki, Azərbaycanda iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına baş verib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi daxili məhsulda üç faizə yaxın artım tempinin qorunub saxlanması ilə qeyri-neft ümumi daxili məhsulunda ikiqat artım qeydə alınıb:
“Bu isə ondan xəbər verir ki, artımda qeyri-neft sektorunun payı daha çoxdur. Qeyri-neft sektoru ümumi iqtisadi artımın aparıcı istiqaməti olub. Belə ki, qeyri-neft sənayesində 22 %-ə yaxın artımın qeydə alınması ondan xəbər verir ki, hazırda Azərbaycanda qeyri-neft sektorunda daha çox sənaye məhsullarının istehsalına imkan yaradılıb. Bu da öz növbəsində, iqtisadi inkişafın dayanıqlılığı baxımından vacibdir və bu istiqamətdə qeyri-neft sektorunun dominant olduğunu göstərir”.

Deputat qeyd edib ki, ilk iki ayda kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması ilə bağlı həyata keçirilən islahatları xüsusilə vurğulamaq lazımdır:

“Şəffaflığın artırılması dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunmasına imkan yaradıb. Vergi mənbələrindən dövlət büdcəsinə proqnozda nəzərdə tutulandan əlavə 252 milyon manatın cəlb edilməsi mümkün olub. Bu da gizli iqtisadiyyata qarşı mübarizə, şəffaflığın artırılması və iqtisadiyyatın leqallaşdırılması ilə bağlıdır. Eyni zamanda bu, qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı fəaliyyətlərin də genişləndiyindən xəbər verir. Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi bir tərəfdən dövlət büdcəsinə daxilolmalara müsbət təsir göstərir, digər tərəfdən isə vətəndaşlarımıza əmək müqaviləsi ilə çalışmaq imkanı yaradır. Bütün bunlar ümumilikdə vətəndaşların həm əmək hüquqlarının qorunmasını, həm də gələcəkdə pensiya hüququndan istifadəsini təmin edir”
V.Bayramov əlavə edib ki, ilk iki ayın yekunları Azərbaycanda iqtisadi islahatların dərinləşməsindən xəbər verir:
“Bu da qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payının mərhələli şəkildə artmasına və Azərbaycanda neftdən asılılığın, neftin payının get-gedə azalmasına gətirib çıxarır. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək, sosial infrastruktur layihələri icra ediləcək. Güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan edilən bütün layihələr və proqramlar icra edilsin".




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti dəyişmir
05.06.2020
Verilən qərarların məcburiliyinə baxmayaraq əhali bu xəstəliyə hələ də laqeydliklə yanaşır
04.06.2020
Müəllimlərdən pandemiya ilə bağlı çağırış
04.06.2020
Hazırki vəziyyət həftə sonu ciddi karantin rejiminin tətbiq edilməsini zəruri edir
03.06.2020
Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkət və iş rejimləri məhdudlaşdırıla bilər

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info