Taksilərdə sərnişinlər üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib
Tarix: 25.03.2020 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin bütün taksiləri koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün gündəlik dezinfeksiya edilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, eyni zamanda, bu məqsədlə sürücülər antiseptik məhlullar, spirt, əlcək, maska və lazımi profilaktik vasitələrlə təmin olunurlar. Taksilərdə sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün spirtlə dolu xüsusi aparat yerləşdirilib.
Bununla yanaşı, “Bakı Taksi Xidməti” MMC tərəfindən koronavirusla bağlı müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, qurumun tabeliyindəki bütün taksilərdə həm sürücülərin, həm də taksidən istifadə edən sərnişinlərin koronavirus infeksiyasının profilaktikası ilə bağlı məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib. Həmçinin xidmət əməkdaşlarının bu sahədə maarifləndirilməsi məqsədilə qurum daxilində məlumat xarakterli lövhələr asılıb.
Ümumilikdə profilaktik işlər davamlı xarakter daşıyır və vətəndaşların sağlamlığının qorunması üçün sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır.




 
Bölməyə aid digər xəbərlər
06.04.2020
Ailə NET istifadəçiləri üçün “Palitranews.az”-a giriş aylıq abunədən asılı olmayaraq açıq olacaq
06.04.2020
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06.04.2020
Ağstafada 100-dən çox ailəyə yardım sovqatları paylanılıb
06.04.2020
Muzdlu işçilərə ödəmələr bu həftə ərzində veriləcək
06.04.2020
Prezidentin əfv sərəncamı ilə azadlığa qovuşanların siyahısı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info