Neftçala İcra Hakimiyyəti də Prezidentin xeyirxah təşəbbüsünə qoşuldu
Tarix: 25.03.2020 | Saat: 13:59:00 | E-mail | Çapa göndər



Neftçala Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib. İcra hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri bir aylıq əməkhaqlarını könüllü şəkildə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib.

Bu barədə Palitra-ya icra hakimiyyətindən məlumat verilib.
Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha genişmiqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Sığorta xidmətlərinin fasiləsizliyi tam təmin edilir
28.03.2020
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO
28.03.2020
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür
28.03.2020
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı: sifarişlərin çatdırılması pulsuzdur
28.03.2020
Azərbaycan bu il avtomobil ixracına başlayacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info