Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir
Tarix: 25.03.2020 | Saat: 15:57:00 | E-mail | Çapa göndər



Son bir neçə ayda dünyanın bəlasına çevrilmiş COVID-19 pandemiyasının əsas simptomlarından biri də iy və dad hissinin itməsidir.


AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın səhiyyə baş direktoru Jerom Salomon məlumat verib. O bildirib ki, bu, ixtisaslaşmış həkimlər tərəfindən son günlərdə müəyyən edilib. Burun tutulması olmadan iy və dad hissinin itirilməsi koronavirusa yoluxmanın əlamətidir.

“ORL Fransa” şirkəti, eləcə də bir çox fransız ORL və infeksiya mütəxəssisi burun tutulması olmadan, bu qəfil iy və dadbilmə hissinin yoxa çıxmasını COVID-19 virusundan şübhələnilən və ya yoluxma təsdiqlənən xəstələrin əksəriyyətində müşahidə etdiklərini bildiriblər. Qeyd edilib ki, digər simptomlar olmayan, ancaq iy və dadbilmə hissini itirmiş insanlar təcrid edilməlidir. “Yoluxanların hamısı iy və dad hissini itirmirlər, ancaq səbəbsiz və iltihabsız bütün iy və dad hissini itirənlər COVİD-19 virusu daşıyıcılarıdır”, - deyə ORL mütəxəssisləri Milli Şurasının prezidenti Jan -Mişel Klain söyləyib.

Göstərilib ki, iy və dad hissini itirənlər əsasən gənc nəslə - 23 və 45 yaş arasına aiddir.

COVID-19 virusuna yoluxanların üçdəikisində bu əlamətin bir neçə gün davam etdiyi diqqətə çatdırılıb. Belə hallarda özbaşına müalicə qəbul edilməzdir və insanlar həkimə getməlidirlər.

Xatırladaq ki, həkimlər indiyədək temperatur, öskürək, ishal (diareya) və ya ürək bulanması, nəfəs almağın çətinləşməsi və ya boğulma, eləcə də yorğunluq hissinin olmasını COVID-19 virusunun əsas əlamətləri olduğunu bildirirdilər.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
“Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox” - Pediatr
29.03.2020
Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
27.03.2020
Süd verən analara koronavirusla bağlı müraciət
26.03.2020
Virusları məhv edən dərman bitkiləri - Dəmləyib içə bilərsiniz- VİDEO
25.03.2020
Yüksək təzyiqlə koronavirus arasında əlaqə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info