UNEC rektorundan yeni təşəbbüs: “Coursera sertifikatı qazan, imtahandan azad ol“
Tarix: 25.03.2020 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrə yardım etmək və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün növbəti uğurlu təşəbbüslə çıxış edib. Rektor rəsmi Facebook səhifəsində UNEC tələbələrinə yeni təşəbbüslə bağlı müraciət edib:

“Əziz UNEC bakalavr və magistrləri,

Ümid edirəm ki, yaxşısınız və müasir biliklər əldə etməklə bağlı mümkün olduğu qədər səylərinizi davam etdirirsiniz. Bu istiqamətdə sizlərə yardım etmək və yaranmış vəziyyətdən maksimal dərəcədə bəhrələnməyiniz üçün müxtəlif təkliflər üzərində çalışırıq. Bununla bağlı ilk uğurumuz haqqında məlumatı sizlərlə bölüşməyə qərar verdim.

UNEC artıq "Coursera for Campus" dəstək proqramına qoşuldu. Belə ki, UNEC-in 2000 bakalavr və magistri dünyanın aparıcı universitetlərinin və şirkətlərinin (Duke University, University of London, Yale University, Johns Hopkins University, Illinois University, University of Michigan, UC San Diego University, Univeristy of Virginia, Hong Kong University, Indian School of Business, HEC Paris School of Management, University of Colorado, Monterrey Institute of Technology and Higher Education, University of Los Andes of Colombia, Pontifical Catholic University of Chile, Şirkətlər: IBM, Google, Intel) 400 ixtisas üzrə 3800 online kursunun ödənişindən azad edilib. İlk müraciət edən 2000 UNEC tələbəsinin müraciəti qəbul ediləcək. Verdiyimiz qərara əsasən, həmin kursları uğurla bitirib müvafiq sertifikat əldə edən UNE-in bakalavr və magistrləri həmin fənlər üzrə yaz imtahan sessiyasında nəzərdə tutulmuş imtahanlardan azad ediləcəklər. Bu proqrama qoşulmaq üçün karyera@unec.edu.az, sualları ünvanlamaq üçün isə facebook.com/UNECKaryera müraciət etmək lazımdır. Eləcə də, xatırlatmaq istəyirəm ki, qüvvədə olan qərarımıza əsasən İELTS, TOEFL, PTE ACADEMİC sertifikatları qazanmış tələbələrimiz xarici dil imtahanından azaddırlar.
Evdə qalmaqla vaxtdan səmərəli istifadə etməyi tövsiyyə edir və hər birinizə uğurlar arzu edirəm”.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
Azərbaycan-Fransız Universiteti magistraturaya qəbul elan edib
02.04.2020
Memarlıq və İnşaat Universitetində bütün dərslər distant tədris olunur
02.04.2020
Peşə təhsili üzrə teledərslərin sabahkı cədvəli
02.04.2020
İstehsalat təcrübəsi karantin rejimi ilə əlaqədar dayandırılıb
02.04.2020
Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info