“İranla müzakirə çətin, amma mümkündür”
Tarix: 02.10.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


“İranla müzakirənin aparılması çətin, amma mümkündür”. Bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski “CBS News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ digər ölkələrə olduğu kimi, İrana da etimad edə bilər: “İran da böyük tarixə malik ölkədir”. Z.Bjezinski nüvə silahlarının məhv edilməsi üzrə memorandumun imzalanması üçün vaxtilə ABŞ-la SSRİ arasında aparılmış müzakirələrə də toxunub: “Biz iranlılarla da bu işi görə bilərik. Bu şərtlə ki, radikal və zərbə vuracaq tövsiyələri dinləməyək”. Sabiq müşavir İran prezidentinin ölkəyə qayıtdıqdan sonra bəzi etirazlarla qarşılanması və ona doğru ayaqqabı atılması məsələsinə də münasibət bildirib: “İranın mürəkkəb ictimaiyyəti var. Biz bu ölkənin statistikalarına diqqət yetirdikdə, qadınların çox önəmli rolu olduğunu görürük. Biz bunu bilmirik. Çünki bu ölkəyə baxışımız çox ağ-qaradır”.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir
22.04.2019
“Aeroflot” Böyük Vətən Müharibəsi veteranlarına pulsuz aviabilet verəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info