Mehriban Paşayeva: “Bizim gücümüz birliyimizdədir“
Tarix: 25.03.2020 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


“Prezident də əhaliyə həmrəylik və birliklə bağlı cağırış edərək məsuliyyətli olmağımız qeyd etdi. Biz ölkə başçısının bu cağırışlarına ciddi riayət edərək mövcud problemi az itkilərlə həll edə bilərik"

Bu gün koronavirusa qarşı mübarizədə dövlət bütün lazımi tədbirləri görür. Atılan hər bir addım insanların sağlamlığının qorunması, əhalinin sosial rifahının yüksəldilməsi və iqtisatiyyata mənfi təsirlərin azaldılmasına xidmət edir. Lakin hazırkı karantin rejimində əhalinin də üzərinə məsuliyyət düşür. Prezident İlham Əliyev martın 24-də AzTV-yə müsahibəsində bildirdi ki, vətəndaşlar məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər: "Vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəni daha məqsədyönlü və uğurlu edəcək. Hər bir şəxs yaxınlarına arxa olmalı, yaşlı nəslin nümayəndələrini, özünü, uşaqlarını qorumalıdır. Vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər. Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək. Biz birlikdə güclüyük".

"Koronavirus pandemiyasına qarşı mübarizədə hər kəsin üzərinə məsiliyyət düşür"

Dünya Azərbaycanlıları Platformasının rəhbəri Mehriban Paşayeva "Palitra"ya bildirdi ki, koronavirus pandemiyasına qarşı mübarizədə hər kəsin üzərinə məsiliyyət düşür: "Əvvəla, insanlar şəxsi gigiyenalarına ciddi fikir verməlidirlər. Digər baxımdan da yoluxmamaq üçün özlərini başqalarından qorumalıdırlar. Eyni zamanda sosial məsuliyyətdən irəli gələrək bacardıqları formada uşaqlara və yaşlılara kömək etməlidirlər. İndiki dövür hər birimizdən milli birlik tələb edir. Prezident də əhaliyə həmrəylik və birliklə bağlı cağırış edərək məsuliyyətli olmağımızı qeyd etdi. Biz ölkə başçısının bu cağırışlarına ciddi riayət edərək mövcud problemi az itkilərlə həll edə bilərik".
O dedi ki, bizim gücümüz birliyimizdədir: "Koronavirusa qarşı dövlətimiz təqdirəlayiq önləyici tədbirlər görür. Cəmiyyət üzvləri də bu baxımdan məsuliyyətli olmaq və birlik nümayiş etdirməklə dövlətin işinə də dəstək vermiş olurlar. Eyni zamanda əhalinin bu virusa yoluxmaması üçün yardım etmiş olurlar. Düşünürəm ki, vətəndaş cəmiyyəti də maarifləndirmə işini gücləndirməlidir. Könüllülük fəaliyyəti əsasında istər əhali arasında, istərsə də sosial mediada təbliğat aparmalıdırlar".

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Angela Merkel: ‘‘Türkiyәyә dәstәk vermәyә davam etmәliyik’’
01.12.2020
Bako Saakyan: Dayandır dedik, Nikol “davam” əmr etdi!
01.12.2020
Aleksandr Perenciyev: İşğalçılara bircə o lazımdır ki...
01.12.2020
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
30.11.2020
“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” –Maksim Şevçenko

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info