Belə həsas dövrdə, sahibkarların sosial öhdəlikləri qarşılaması çox vacibdir
Tarix: 26.03.2020 | Saat: 11:03:00 | E-mail | Çapa göndər


Koronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.
Bunu millət vəkili Vüqar Bayramov bildirib.
Deputat deyib ki, əhalinin sağlamlığının və təhlükəsizlyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərsə də, Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilməkdədir.
İqtisadçı alim bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə təxminən 12 fəaliyyət sahəsi müəyyən edilib ki, bu da bu vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunması zəmin yaradır.

V.Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir. Azərbaycan hökuməti vergi güzəştləri tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırmaqdadır.

Millət vəkili qeyd edib ki, hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi çox zəruridir. Bu baxımdan, leqal fəaliyyətin biznesin fundamental şərti olması, vergilərin vaxtında ödənilməsi, iş yerlərinin və məşğulluğun qorunması, əmək müqavilələrinə xitam verilməməsi, ödənişsiz məzuniyyətlərə yol verilməməsi və əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi zəruridir.

V. Bayramov deyib ki, istehlak kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə bərabər, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi bir daha aktualdır.
Millət vəkili sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, iş yerlərini ixtisar etməməyə çağırıb. O bildirib ki, koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsi və bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edib. Belə həsas dövrdə, sahibkarların sosial öhdəlikləri qarşılaması çox vacibdir: “Cənab Prezidentin qeyd etdiyi kimi, biz birlikdə daha da güclüyük”.
Trend




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
UNEC alimləri Ermənistanın məhv edilmiş hərbi texnikasının məbləğini açıqladı
02.12.2020
Serbiya-Macarıstan sərhədində “Cənub Qaz Dəhlizi”nə qoşulacaq boru kəmərinin tikintisi başlayıb
02.12.2020
Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi
02.12.2020
Türk iş adamları Qarabağa sərmayə yatıracaq – VİDEOşərh
02.12.2020
Şuşaya çəkilən yeni yolun tikintisinə 2 Türkiyə şirkəti cəlb edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
2 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
3 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
4 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
5 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info