Virus 1,7 milyon isveçlini işsiz qoya bilər
Tarix: 26.03.2020 | Saat: 08:27:00 | E-mail | Çapa göndər


Koronavirus səbəbindən yaranan böhran səbəbindən İsveçdə 1,7 milyon vətəndaş işini itirə bilər.
İsveç KİV-ləri xəbər verir ki, bunu ölkənin Maliyyə naziri Maqdalena Andersson bildirib.
Nazirin sözlərinə görə, yaranmış böhran İsveç hökumətini mövcud vəziyyətə uyğun olaraq büdcədə dəyişiklər etməyə və qəti addımlar atmağa vadar edir. Belə ki, böhranın İsveç iqtisadiyyatına təsirini azaltmaq üçün əvvəlcədən atılmış addımlarla yanaşı, əlavə tədbirlər planı da hazırlanıb.
İsveç Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, son iki həftə ərzində ölkədə rekord sayda insan işdən çıxarılıb. Qurumun məlumatına əsasən, bu, ölkənin son maliyyə böhranı zamanı üzləşdiyi problemin miqyasından bir neçə dəfə çoxdur. Dövlət Məşğulluq Xidməti iddia edir ki, bu ilin martında ölkədə 18 min 397 nəfər işdən çıxarılıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 5 dəfə çoxdur.
Maliyyə naziri Maqdalena Andersson yaranmış vəziyyətin Krallığın müasir tarixdə qarşılaşdığı ən dərin böhran olduğunu bildirib.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
27.11.2020
Türkiyədə FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilər saxlanılıblar
26.11.2020
Fransanın 8 senatoru verdikləri səsi geri götürdü
26.11.2020
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
25.11.2020
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
25.11.2020
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info