“Həmrəylik göstərək! Dəstək olaq!”
Tarix: 26.03.2020 | Saat: 12:19:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC-nin yeni sosial təşəbbüsü

Koronavirus (COVID-19) infeksiyasının yayılma riskinin azaldılması üçün sosial izolyasiya və profilaktik tədbirlər davam etdirilir. Dövlət qurumları və biznes dairələri bu tədbirlərdə fəal iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizəyə dəstək çərçivəsində İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC birgə əməkdaşlıq çərçivəsində üçüncü sosial layihəyə start verirlər.

Belə ki, sosial layihəyə əsasən, koronavirus pandemiyası müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarının pandemiyanın aradan qaldırılması ilə bağlı tədbirlər çərçivəsində xidməti fəaliyyətinin təmin olunmasına köməklik göstərilməsi üçün xüsusi avtomobillər ayrılıb. Bu avtomobillər kiçik həcmli yüklərin daşınmasında da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ödənişsiz dəstək göstərəcək.

“Azərmaş” ASC sosial məsuliyyət nümayiş etdirərək, bu məqsədlə 100 avtomobil və sürücü ayırıb. Sürücülər antiseptik məhsullar və lazımi qoruyucu vasitələrlə təmin olunublar. Bütün avtomobillər gündəlik dezinfeksiya edilir.

Xidmət müddəti (şənbə və bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları zəruri ehtiyaclar üçün aşağıdakı nömrələrlə əlaqə yarada bilərlər:

Telefonlar: +994 55 300 73 80

WhatsApp üçün: +994 55 300 73 70

Məlumat üçün bildiririk ki, İcbari Tibbi Sığorta Agentliyinin ehtiyacları üçün “Azərmaş” ASC əlavə olaraq 100 avtomobil və sürücü ödənişsiz qaydada ayrılıb.

“Azərmaş” ASC-nin ayırdığı 100 avtomobil yaşı 65-dən yuxarı olan vətəndaşların ehtiyaclarının evdən çıxmadan ödənilməsinə köməklik göstərilməsi üçün həyata keçirilən sosial dəstək layihəsi çərçivəsində fəaliyyət göstərir. Beləliklə, koronavirus pandemiayasının qarşısının alınması ilə bağlı aparılan preventiv tədbirlərə “Azərmaş” ASC tərəfindən ümumilikdə 300 avtomobil və sürücü ayrılıb.

Qeyd edək ki, “Azərmaş” ASC Azərbaycanda avtomobil sənayesinin inkişafı məqsədilə 15 noyabr 2017-ci il tarixində yaradılıb. Səhmdar Cəmiyyət rəqabətqabiliyyətli minik və kommersiya avtomobilləri, onların ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Milli iqtisadiyyatın qeyri-neft sektorunda önəmli rol oynayan ASC-nin tərkibinə Neftçalada Avtomobil İstehsalı Zavodu, “GM Özbəkistan” və “GAZ qrup Rusiya” avtomobil zavodları, kabel istehsalı zavodu, lokallaşdırma müəssisələri, lizinq şirkətləri, servis və ehtiyat hissələrinin satış mərkəzləri daxildir.




 
Bölməyə aid digər xəbərlər
07.07.2020
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər? - Sorğu
07.07.2020
“Zaminbank”ın sabiq sədri 16 milyon manat mənimsəməkdə təqsirləndirilir
07.07.2020
Peşə məktəblərində ilk dəfə subbakalavr səviyyəsi üzrə tələbə qəbulu aparılacaq
07.07.2020
COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək?
06.07.2020
Dünyanın ən böyük çinar meşəsi ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11548

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Turizm böhranı ilə əlaqədar dünya iqtisadiyyatının itkiləri hesablanıb
3 “Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
4 Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq
5 Asan plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info