Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin reallaşdırılması cədvələ uyğun aparılır
Tarix: 26.03.2020 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin reallaşdırılması planlaşdırılan cədvələ uyğun davam edir.
Trend bu barədə ICGB AD layihə şirkətinə istinadən məəlumat verir.
Məlumata əsasən, bununla yanaşı, işçilərin şəxsi gigiyenası, sosial məsafə saxlaması, eləcə də tibbi xidmətin təmin olunması üçün zəruri addımlar atılır:
“ICGB vəziyyətin monitorinqini davam etdirəcək və əməkdaşların müdafiəsi üçün Bolqarıstan hökuməti tərəfindən qəbul olunan tədbirlərə riayət edəcək”.
Qeyd olunub ki, koronavirusun yayılması ilə əlaqədar şirkət öz əməkdaşları üçün riskləri minimuma endirmək üçün addımlar atır:
“Layihə şirkəti öz komandasının təhlükəsizliyinin təmin olunması üzrə əlavə tədbirlər reallaşdırıb. Səhmdar və podratçılarla görüşlər onlayn rejimdə keçirilir, virusun yayılmasının qarşısının alınması məqsədilə birbaşa təmaslar minimuma endirilib”.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır
27.10.2020
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA
27.10.2020
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
27.10.2020
İşçilərin icbarı tibbi sığortasını işəgötürən təmin edəcək - Parlament təsdiqlədi
27.10.2020
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
2 Manqal salatı
3 Əriştədən bir ailənin 9 üzvü öldü
4 İsraildən Azərbaycana humanitar yardım
5 Burunda olan tükləri kəsmək olmaz...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info