“İDEAL“ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat vəsait ianə edib
Tarix: 26.03.2020 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Fəaliyyət strategiyasında öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və məmnuniyyətinə xüsusilə önəm verən IDEAL perfumery&cosmetics ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyada yayılmış COVİD-19 infeksiyasına qarşı həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə öz dəstəyini göstərib.
IDEAL perfumery&cosmetics koronavirusun geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaq məqsədilə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat vəsait ianə edib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyasının hazırda sürətlə genişləndiyini nəzərə alaraq IDEAL perfumery&cosmetics bütün vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən irəli sürülən preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə və həmrəy olmağa çağırır.
Qeyd edək ki, IDEAL perfumery&cosmetics mağazalar şəbəkəsi “Adore KompanicMMC-yə daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq
31.03.2020
Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq
31.03.2020
Mikayıl Cabbarov nazirliyin tabeliyində olan qurumların rəhbərlərinə müraciət edib
31.03.2020
“Azərişıq”: “Bu sistem “Evdə qal, Azərbaycan” çağırışına qoşulmağa imkan yaradır”
31.03.2020
Azərbaycan neftinin bir barrelinin qiyməti 19 dollara düşüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info