Tənha yaşlılara göstərilən sosial xidmətlərə dəstək olan qurumların sırası genişlənir
Tarix: 26.03.2020 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bütün sosial xidmət işçiləri səfərbər olunmaqla hazırda yaşı 65-dən yuxarı 10 mindən artıq tənha vətəndaşa evlərində gündəlik sosial məişət xidmətləri göstərilir.
Nazirlik tərəfindən bu sahədə aparılan işlərə, koronavirus pandemiyasından qorunmaları üçün evlərində çıxmaları qadağan edilmiş tənha yaşlılarımızın elə evlərində xüsusi qayğı ilə əhatə olunmasına dəstək verən qurumların sırası genişlənir.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırır. Layihə çərçivəsində eyni zamanda, tənha yaşlılara dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkili kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Hazırda tənha yaşlıların evlərində sosial xidmətlərlə təminatı işlərində DOST və ASAN, YAP könüllüləri, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının, Gənclər Fondunun nəzdindəki Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “SƏLİS” Birliyinin könüllüləri yaxından iştirak edirlər. Fövqəladə Hallar Nazirliyi, “Azərpoçt” MMC də öz dəstəyini göstərir.
“Azərmaş” ASC isə bu işlərə “Böyüklərimizi qoruyaq!” sosial aksiyası ilə qoşulmaqla sosial məsuliyyət prinsipinə sadiqlik nümayiş etdirir. Sosial xidmətçi və könüllülər tərəfindən tənha yaşlılarımıza evlərində xidmət göstərilməsi tədbirlərinin daha səmərəli və operativ təşkili üçün “Azərmaş” ASC bu aksiya çərçivəsində 100 avtomobil və sürücü ayırmaqla onları ödənişsiz taksi xidməti ilə təmin edir.
Tənha yaşlılara evlərində göstərilən sosial xidmətlərə dəstək olan qurumların sırasının genişlənməsi cəmiyyətimizdə yaşlı nəsilə qayğı ilə yanaşılması kimi yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təcəssümüdür.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.04.2020
Vətəndaşlar evdən çıxmaq üçün 8103 nömrəsinə SMS göndərəcək
02.04.2020
Məleykə Abbaszadə abituriyent, müəllim və valideynlərə müraciət edib
02.04.2020
Azərbaycanda ötən il mənimsənilən büdcə vəsaitlərinin həcmi açıqlanıb
02.04.2020
Azərbaycanla bağlı nikbin sorğu!
02.04.2020
Aztəminatlı ailələrə mühüm dəstək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info