Nazirlik: 142 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejiminə keçirilib
Tarix: 26.03.2020 | Saat: 15:58:00 | E-mail | Çapa göndər



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejiminə keçirilib və funksional imkanları artırılıb.

Yaşı 65-dən yuxarı tənha şəxslər sosial xidmətlərdən yararlanmaq üçün 142 - Çağrı Mərkəzinə zəng vuraraq qeydiyyata alınırlar. Bu da Çağrı mərkəzinə zənglərin sayında ciddi artıma səbəb olub. Yalnız son 6 saat ərzində Çağrı mərkəzinə 1700-dən çox, o cümlədən sosial xidmətlərin göstərilməsi üzrə 300 müraciət daxil olub.
Bu sahədə vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsi üçün Çağrı Mərkəzi üzrə əlaqə kanallarının sayı 4 dəfədən çox artırılıb. Vətəndaşların zənglərini cavablandırmaq üçün eyni anda 64 əlaqə kanalı vardısa, 200-ü də yaradılmaqla, 264-ə çatdırılıb.
Eyni zamanda, vətəndaş müraciətlərini cavablandıran operatorların sayı artırılıb və hazırda 60 operator zəngləri cavablandırmaqla məşğuldur.
Nəticədə 142-yə zəng vuran vətəndaşların xəttə növbəliliyi və xətdə gözləmə vaxtının minimuma endirilməsi təmin olunub.
Qeyd edək ki, 142 - Çağrı Mərkəzi vasitəsilə nazirliyin fəaliyyət sahələri, o cümlədən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciətlər də qəbul edilir. Sosial xidmətlərə yaşı 65-dən yuxarı tənha şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN
23.11.2020
Üçüncü dalğa gəlir? – Xəbərdarlıq
21.11.2020
Region gəncləri insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirilirlər
20.11.2020
Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcək? – VİDEO
19.11.2020
Həftə sonları kafe-restoranlar, bərbərxana və gözəllik salonları işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info