Yekaterinburqda dəstək konserti keçiriləcək
Tarix: 02.10.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə dəstək məqsədilə Rusiyanın Yekaterinburq şəhərində "Odlar Yurdum-Azərbaycan" adlı konsert keçiriləcək. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasından Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahına daxil olan məlumatda bildirilir. Konsert 2013-cü il oktyabrın 4-də saat 18:00-da Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasının təşkilatçılığı ilə baş tutacaq.
Tədbirin əsas məqsədi 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyada yaşayan həmvətənlərimizin İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirməkdir. Konsertdə tanınmış müğənnilər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər incəsənət nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölmələrinin təşkilatçılığı ilə Prezident İlham Əliyevə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info