“Hərə 1 manat köçürsün” kampaniyası nəyi ortaya qoydu?
Tarix: 02.10.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər








“Milli şura”nın seçki saxtakarlıqları barədə yeni faktlar üzə çıxır

Artıq seçkiyə 1 həftədən də az vaxt qalıb. Siyasi iddiaları olan, seçki marafonuna qoşulan qüvvələr indiyə qədər özlərini cəmiyyətə nə qədər təqim edə biliblərsə, bundan o yana yoxdur. Yəni bu qədər az vaxtda onlar seçici elektoratını çoxaltmaq üçün nə qədər dəridən-qabıqdan çıxsalar da, vəziyyəti kökündən dəyişə bilməzlər.
O cümlədən, radikal müxalifəti təmsil edən “milli şura” da təbliğat kampaniyasından çox əvvəl müxtəlif variantlara əl atdı ki, ictimai diqqəti cəlb etsin. Onlar bunun üçün ən avantürist kampaniyalara belə getdilər. Məsələn, “Hərə 1 manat köçürsün” kampaniyası. O vaxtdan indiyə qədər isə Cəmil Həsənlinin bank hesabına 20 min manatdan bir qədər çox vəsait toplanıb. “Hərə 1 manat köçürsün” kampaniyasına başlayanda Rüstəm İbrahimbəyov bildirmişdi ki, bu, maliyyə baxımından çox, xalqın narazılığının göstəricisi olacaq. Yəni, “əgər heç olmasa 1 milyon insan “milli şura”nın hesabına adama 1 manat köçürsə, bu, seçki hüququ olan əhalinin 25 faizinin hakimiyyətdən narazı olduğunu göstərəcək”, demişdi. İndi məlum olur ki, hesaba cəmi 20 mindən bir qədər artıq vəsait köçürülüb, onun da 3 minini Rüstəm müəllimin özü köçürüb. Yaxud digər “tuz” müxalifətçilər də var ki, hərəsi 500, 1000 və sair miqdarda manat köçürə bilər. Tutalım, onları nəzərə almayaq və elə təkcə İbrahimbəyovun 3 min manatını 20 mindən çıxaq. Onun məntiqilə, onda xalqın yalnız 0,5 faizi iqtidara” yox” deyir. İndi qalır bunu etiraf etmək üçün radikal müxalifətdə cəsarət və vicdanın olmasına...
Bu faktın özü də göstərir ki, radikal müxalifətin heç bir çağırışı cəmiyyəti, xalqı maraqlandırmır. Bu isə müxalifət nümayəndələrini xeyli pəjmürdə edib. Onlar bir-birilərini ittiham etməyə girişiblər, indidən seçkidə uduzacaqlarının səbəblərini bir-birilərinin boynuna atacaqlar. Məsələn, AXCP sədrinin müavini Nurəddin Məmmədli "Facebook" səhifəsindəki statusunda öz həmkarlarını passivlikdə ittiham edib. N.Məmmədli bildirib ki, kimi dindirirsən, hakimiyyəti ittiham edir: "Ancaq aşkarda yoxdurlar, nə mitinqə gəlirlər, nə də siyasətə qoşulurlar". Nə oldu, bəs başda Ə.Kərimli olmaqla “milli şura”nın siyasi demaqoqları böyük pafosla deyirlər ki, mitinqlərimizdə 10 mindən çox adam iştirak edirdi. Nurəddin Məmmədlinin sözlərindən isə belə çıxır ki, “milli şura”nın mitinqlərinə adamları zorla toplayırlar. Bu isə o deməkdir ki, Ə.Kərimli və İ.Qəmbər kimilərinin “milli şura”nın mitinqlər haqqında söylədikləri hap-gopdan başqa bir şey deyil. Maraqlısı da budur ki, “milli şura”nı kənar siyasi qüvvələr deyil, elə həmin qurumda təmsil olunan şəxslər ifşa edirlər. Çünki, onlar fırıldaqlarını, ictimai rəyə hansı böhtan və yalanı sırımağa çalışdıqlarını özləri daha yaxşı bilirlər. Bütün bunlar isə həm də onu göstərir ki, bu səviyyədə olan bir siyasi qrupun namizədinin seçkidə hər hansı uğur qazanacağını ağlının ucundan belə, keçirmək gülüncdür. Prezidentliyə keçmiş namizəd, akademik Nizami Süleymanov deyib ki, Cəmil Həsənlinin prezidentliyə iddia etməsi gülüncdür: “Heç bir təcrübəsi olmayan bir adamı gətirib birdən-birə prezident postuna irəli vermək 22 yaşı olan müstəqil bir dövlət üçün böyük bir fəlakət olar. 1992-ci ildə Elçibəyi də o cür gətirdilər. Elçibəyə Milli Elmlər Akademiyasında şöbə açmışdılar. Bir neçə ştat vermişdilər. 3 nəfər adam tapıb işə götürə bilmədi. Yəni bacarmadı. O vaxta qədər o, heç bir dövlət qurumuna rəhbərlik etməmişdi”. O, bildirib ki, C.Həsənli müəllim-tələbə auditoriyasından başqa heç bir işlə məşğul olmayıb.
Ə.Kərimli ilə İ.Qəmbərin siyasi girovu olan C.Həsənlinin vəziyyəti çox çətindir. Prezidentliyə namizədlərin debatlarında da açıq şəkildə görünür ki, o, Ə.Kərimli və İ.Qəmbərə qarşı yönəlmiş ittihamların zərbəsini öz üzərinə götürməyə məcbur olub. Psixo-fizioloji vəziyyətindən də açıq şəkildə görünür ki, durumu yaxşı deyil. İlk debata böyük həvəslə qoşulan C.Həsənli, sonrakı debatlarda çox miskin və dalğın görünür. Yəqin o, hələ indi-indi anlayır ki, İ.Qəmbərlə Ə.Kərimlinin toruna düşərək biabır olur. Bu adam nə qədər böyük səhvlərə yol verdiyini hələ sonralar anlayacaq və eyforiyaya qapılaraq siyasi reallıq hissini başa düşəcək.
Amma sən gör, “Azadlıq” qəzeti C.Həsənlini necə təbliğ edir, “qarışqadan fil düzəldir”. 1992-ci ildən bu yana bunların dövlət idarəçiliyi anlayışı heç dəyişməyib. Elə bilirlər ki, hər yoldan keçən dövlət başçısı, hər kəs dövlət qurumu rəhbəri ola bilər. Bu təfəkkürə, dünyagörüşünə malik adamlara dövləti etibar etmək olarmı? Onlar hakimiyyətə gəlsələr, cəmi bir neçə gün sağ qalacaqlar. Bir barel neft üçün bir-birinin sümüyünü gəmirməyə hazırdırlar.
Bunlar 1992-ci ildə hakimiyyətdə olanda üzdəki adamlarının hamısı ya nazir postuna, ya da Prezident Aparatında yüksək vəzifələrə iddialı idilər. Başqa vəzifələri öz səviyyələrindən aşağı hesab edirdilər. Ona görə rayon icra hakimiyyəti başçıları və başqa vəzifələrə savadsız, səviyyəsiz adamlarını təyin edirdilər. Nəticədə də anarxiya, başıpozuqluq yarandı. İndi də ölkəni həmin günə salmaq istəyirlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info