Milli Məclisin iclaslarının internet vasitəsi ilə keçirilməsi proseduru məlum olub
Tarix: 27.03.2020 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.
APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.
Qanun layihəsinin bu müddəası qəbul ediləcəyi halda, 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
Qeyd edək ki, Milli Məclisin və komitələrinin iclaslarının İnternet vasitəsi ilə keçirilməsi ilə əlaqədar Milli Məclisin iclaslarında səsvermənin növləri və qaydasına da dəyişiklik edilir. Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, səsvermə zamanı Milli Məclisin iclas salonunda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməzdi. Təklif edilən digər dəyişikliyə əsasən, deputatın səs verməsi üçün salonda olması tələbi ləğv edilir. Təklif edilən yeni redaksiyaya əsasən, deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.
Layihə Milli Məclisin martın 30-də keçiriləcək plenar iclasında müzakirə çıxarılacaq.




 
Bölməyə aid digər xəbərlər
31.03.2020
Ötən il 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub
31.03.2020
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31.03.2020
DFJD də Şuranın “Evdə qal, cəmiyyəti qoru“ kampaniyasına qoşuldu
31.03.2020
Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb
30.03.2020
DSX: Erməni təxribatının növbəti dəfə qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11488

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info